Icma.az
close
up
RU
Mətbuat Şurasının mediada məhkəmə proseslərinin işıqlandırılması halları ilə bağlı AÇIQLAMASI

Mətbuat Şurasının mediada məhkəmə proseslərinin işıqlandırılması halları ilə bağlı AÇIQLAMASI

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Mətbuat Şurası dəfələrlə jurnalistlərə, media orqanlarına cəmiyyət həyatında baş verən hadisə və prosesləri işıqlandırarkən həssas davranmalarını tövsiyə edib. Son dövrlər apardığımız müşahidələr həssaslığın xüsusilə məhkəmə proseslərinə münasibətdə göstərilməsi zərurətini ön plana çıxarır.

Redaktor.az xəbər verir ki, məhkəmə orqanları mövcud instansiyalardakı çəkişmələrin predmetlərindən və digər məqamlardan asılı olaraq, proseslərin açıq və ya qapalı keçirilməsinə qərar vermək səlahiyyətindədirlər. Hər iki halda medianın cəmiyyətə informasiya vermək hüququ var və bu zaman başlıca amil ictimailik dərəcəsinin əsas götürülməsidir. Yəni, nəzərə alınmalıdır ki, konkret məhkəmə prosesinin işıqlandırılması cəmiyyətə nə verəcək, nəyi aşılayacaq?

“Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nda yayımlanmış materialların ictimai əhəmiyyət kriteriyasına cavab verdiyi hallar göstərilib. Bunlar sağlamlıq və təhlükəsizliyin qorunması, ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması, ictimaiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılmasıdır. Söhbət məhkəmələrdən gedirsə, mühüm tələb təqsirsizlik prezumpsiyasına əməl edilməsidir ki, bu və həmçinin dəqiqliyin və qərəzsizliyin gözlənilməsinin vacibliyi də qaydalarda əksini tapıb.

Təəssüf ki, medianın məhkəmə proseslərinin işıqlandırılmasına yanaşmasında həssaslıq parametrlərinin zəif nəzərə alındığını, bəzən isə heç nəzərə alınmadığını görürük. Xarakterik hallardan biri də ittiham aktlarındakı ayrı-ayrı məqamların kontekstdən çıxarılaraq sərlövhələrə daşınmasıdır. Bəzən başlıqlara diqqət yetirəndə media materialının çıxarılmış konkret hökm olması təəssüratı yaranır. Halbuki, yekunda veriləcək məhkəmə qərarının ittiham aktında göstərilənlərlə uyğun olmaması ehtimalları var.

Digər tərəfdən, hesab edirik ki, jurnalistlərin məhkəmə proseslərinin işıqlandırılması ilə bağlı həssaslığı baxımından başlıca tələb ədalət instansiyasında müzakirəsi aparılan işin özünün spesifikasının nəzərə alınmasıdır. Bu tələb gözlənilmədikdə hansısa həssas məsələ ətrafında onsuz da mövcud olan gərgin durum yeni xoşagəlməz ab-havanın formalaşmasına, fərqli interpretasiyaların dövriyyəyə girməsinə, nəticədə ziddiyyətlərin kəskinləşməsinə gətirib çıxarır.

Jurnalistika və media heç bir halda cəmiyyətdə gərginliyin yaranmasına və artmasına, ayrı-ayrı fərdlər arasında münaqişələrin alovlanmasına xidmət etməməli, tam qərəzsiz davranmalı, fəaliyyəti ilə qərəzli olduğuna dair azacıq şübhələrin belə olmasına yol verməməlidir. Əksinə, problemli situasiyaların aradan qaldırılması naminə çalışmalı, bir sözlə, mütərəqqi missiya yerinə yetirməlidir. Ona görə də məhkəmə prosesləri ilə bağlı təqdimatlarda bütün təfərrüatlar və incəliklər, hətta region və bölgənin xüsusiyyətləri, insanların emosional-psixoloji durumları ciddi şəkildə nəzərə alınmalıdır. Ən böyük peşəkarlıq budur və jurnalistlərimizi ümumən bütün məsələlərə yanaşmada, o cümlədən, məhkəmə proseslərinin işıqlandırılmasında peşəkarlığa çağırırıq. Peşəkarlıqla demokratik cəmiyyət quruculuğuna töhfə verək ki, insanlarda haqq və ədalət gözləntiləri sarsılmasın, onlar həyatdan küsməsinlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Yanvar 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri