Icma.az
close
up
RU
Mətbuatnamə 150 ilin xronikası

Mətbuatnamə 150 ilin xronikası

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli mətbuatımızın yubileyinə həsr olunan kitab oxuculara zəngin tarixi xronika təqdim edir


Milli mətbuatımızın 150 illik yubileyinə dəyərli töhfələrdən biri “Mətbuatnamə - 150 ilin xronikası” kitabının nəşr edilməsi oldu. 150 yaşını qeyd edən qocaman, eyni zamanda hər dövrlə ayaqlaşaraq daim gənc qalan müasir mətbuatımızın keçdiyi şərafətli və kəşməkeşli yolun hər bir cığırı, hər döngəsi, enişi də, yoxuşu da bu kitabda əksini tapıb. Həsən bəy Zərdabinin torpağa səpdiyi mətbuat toxumları Azərbaycanın görkəmli ziyalıları, fikir adamlarının azman əməyi ilə cücərdi, boy atdı, bununla da, 150 illik bir tarixə imza atıldı. Elə bir imza ki, əsrlərdir nə dəyərini itirir, nə mənasını, nə də ictimai fikirdə hakim mövqeyini. 


Qeyd etməliyik ki, haqqında danışılan kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi” barədə sərəncamından irəli gələrək çap edilib. Azərbaycan Mətbuat Şurasının layihəsi olan kitab 1875-ci ildən – “Əkinçi”dən başlayaraq bugünədək ölkədə, həmçinin xarici ölkələrdə çap olunan milli mətbuat nümunələri, qəzet və jurnallar, xüsusi buraxılışlar haqqında biblioqrafik məlumatları əhatə edir. Nəfis şəkildə dizayn edilmiş kitab Ulu Öndər Heydər Əliyevin milli mətbuatımıza verdiyi yüksək dəyəri ifadə edən sözləri ilə açılır: “Mətbuat həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”. Kitabın nəşri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir” sözlərinin inikasıdır. “Mətbuatnamə - 150 ilin xronikası” kitabı məhz bu böyük tarixi və sərvəti oxucunun gözü önünə gətirir.   

Kitabın ideya müəllifi, Mətbuat Şurasının sədri, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid nəşrə dair yazdığı “Ön söz”də qeyd edir ki, Azərbaycanın ictimai fikir tarixində, xalqın tərəqqi və inkişafında milli mətbuatın rolu olduqca böyükdür: “XIX əsrin ortalarından başlayaraq Azərbaycan ziyalıları, böyük fikir-düşüncə insanları xalqın tərəqqisini elm və təhsildə, kütləvi maarifçilik missiyasını daşıyan teatr və milli mətbuatın yaradılmasında görür, bu yöndə fəaliyyət göstərməyə səy edirdilər. Lakin müstəmləkə altında olan Azərbaycana öz ana dilində maariflənib digər xalqlar kimi tərəqqi yoluna qədəm qoymağa imkan verilmirdi. Dünyada baş verən aydınlanma, millətlərin öz varlıqlarını qoruma mücadiləsi, milli-mənəvi dəyərlərin sıradan çıxarılmasına qarşı müqaviməti Rusiyanın əsarətində olan xalqların da hərəkətliliyinə səbəb oldu. Abbasqulu Ağa Bakıxanovdan, Mirzə Fətəli Axundovdan başlanan maarifçilik hərəkatı Həsən bəy Zərdabinin çətinliklə nəşrinə icazə aldığı "Əkinçi" qəzeti ilə yeni bir mərhələyə qədəm qoydu. Həsən bəy Zərdabi təkcə Qafqaz əhalisinin deyil, Rusiyanın əsarətində olan türk-müsəlman xalqlarının da milli oyanışının əsaslarını "Əkinçi" qəzeti ilə yaratdı. "Əkinçi" qısa bir vaxtda, cəmi 56 sayı ilə Azərbaycan milli mətbuatının və bütövlükdə jurnalistika sisteminin bünövrəsini yaratdı, mətbuatın klassik funksiyalarına uyğun qəzetçilik modeli ortaya qoydu. "Əkinçi"dən sonra nəşrə başlayan qəzet və jurnallar bu yolun ana xəttini davam etdirdilər. "Əkinçi" özündən sonra ictimai rəyi, milli məfkurə institutunu formalaşdırdı, xalqın ictimai inkişaf parametrlərini müəyyənləşdirdi”. 

R.Məcid vurğulayır ki, bu tarixi anadilli abidələrimiz öz səhifələrində Cümhuriyyət dəyərlərini, ideyalarını geniş oxucu kütləsinə çatdıraraq gələcək dövlətin ideoloji əsaslarını formalaşdırdı və 1918-ci ilin sentyabrın 15-də nəşrə başlayan "Azərbaycan" qəzeti Müstəqil Azərbaycan Cümhuriyyətinin bəlli coğrafiya və sərhədlər daxilində varlığını dünyaya çatdırdı.  Azərbaycanın sovetləşməsindən sonra 70 il birpartiyalı hakimiyyətin ideologiyasının daşıyıcısı, əsas ruporu olsa da, milli mətbuat ana dilimizin qorunması, milli ədəbiyyatın, teatrın, milli incəsənət əsərlərinin yaradılmasına stimul oldu, ziyalıların əsas tribunasına çevrildi. Azərbaycan müstəqilliyini ikinci dəfə bərpa edəndən sonra istiqlal və müstəqillik arzularından doğan yeni tipli mətbu nəşrlər "sovet mətbuatı köşklərində" görünməyə başladı, "Əkinçi"nin varisləri azad söz toxumlarını cücərtdi, fərqli qəzet, jurnal tərtibatları, yeni mətbu kəlama uyğun milli adlarla ana xətləri təzədən bərpa etdi. Milli dövlətçiliyə və milli yaddaşa qayıdış prosesləri dövrün çətin şərtlərini adlayıb müstəqil, azad mətbuatın bərpasına başladı. Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi bütövlükdə Azərbaycan jurnalistika sistemi üçün əlverişli inkişaf mühiti yaratdı. Bir-biri ilə rəqabətdə olan nəşrlərin inkişafına mane olan dövlətin mətbuat üzərində nəzarət mexanizmləri aradan qaldırıldı, qəbul edilən qanun və qərarlar, hakimiyyətin xoşməramlı addımları Azərbaycan mətbuatına yeni bir nəfəs gətirdi. 1998-ci ilin martın 6-da senzuranın ləğvi ilə bağlı verilən qərar bir əsrdən çox ağır şərtlər altında senzor qayçısı ilə kəsilib-doğranan mətbuatın tarixində yeni bir başlanğıc oldu. Azərbaycan jurnalistlərinin yaxın dostu olan Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan jurnalistikasının inkişafında göstərdiyi xoşməramlı yardımlar, istiqamətlər yeni "Əkinçi"lər nəslini yetişdirdi. Bu gün də bu missiya Azərbaycan Prezidenti, cənab İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq davam etdirilir. Klassik jurnalistika irsinin yaşamını təmin etmək üçün dövlət tərəfindən hərtərəfli addımlar atılır, maddi-mənəvi dəstək göstərilir. 150 illik mətbuat tarixi ilə bağlı xronikanın tərtibatı, nəşrə hazırlanması və mətnlərin müəllifi, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Akif Aşırlı kitaba “Giriş”də bu müqəddəs işin ərsəyə gəlməsini bir neçə kəlmə ilə izah edib. Müəllif qeyd edir ki, şərəfli tarixi yol keçib bu günə gəlib çatan Azərbaycan milli mətbuatının 150 illik dövrünə nəzər salıb, biblioqrafik məlumatları bir araya gətirib kitab halına salmaq olduqca çətin, məsuliyyətli bir iş idi. Azərbaycan mətbuatı və bütövlükdə jurnalistika sisteminin möhkəm təməlini yaradan ustad qələm sahiblərinin ağır şəraitdə, çətin şərtlər altında yaratdıqları anadilli mətbuatımızın hər bir nümunəsi bir söz abidəsi, söz xəzinəsidir. Bu xəzinəyə baş vurmaq, arxivlərdə, kitabxanalarda qorunan bu abidələr haqqında salnamə yaratmaq çətin olduğu qədər də şərəflidir: "Xalqın görən gözü, eşidən qulağı" olan "Əkinçi", "Ziya" ("Ziyayi-Qafqaziyyə"), "Şərqi-rus", "Həyat", "İrşad"dan sonrakı dövrdə "əsrin kəlamı" olan "Açıq söz" meydana gəldi. Bu söz, ictimai fikir meydanında H.Zərdabi, Səid, Cəlal, Kamal Ünsizadə qardaşları, M.Şahtaxtlı, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, C.Məmmədquluzadə, M.Ə.Rəsulzadə, C.Hacıbəyli, M.B.Məhəmmədzadə təkcə Azərbaycan xalqının deyil, Rusiya türk-müsəlman xalqlarının həyatında mühüm rol oynadılar. Azərbaycan türkcəsində təkcə Bakıda, Tiflisdə, İrəvanda, Gəncədə, Şuşada deyil, Daşkənddə, Güney Azərbaycanda, İstanbulda, Almaniyada, Parisdə, Polşada, uzaq Finlandiyada qəzetlər nəşr etdilər, milli oyanış prosesinə, İstiqlal hərəkatına, Türk xalqlarının birliyinə öz töhfələrini verdilər. Bu gün də dünyanın müxtəlif ölkələrinin arxiv və kitabxanalarında Azərbaycan jurnalistlərinin, ustad qələm sahiblərinin çıxardıqları nəşrlər, qəzet və dərgilər qorunub saxlanılır. Təəssüf ki, Azərbaycan milli mətbuatının klassik irsinin daşıyıcısı olan bu nəşrlərin bütöv, kamil kataloqu yoxdur. Qəzetlərin, məcmuə və dərgilərin pərakəndə saylarını bir araya gətirmək, sistemləşdirmək qarşımızda dayanan ən mühüm problemdir”.

Müəllif bildirir ki, Azərbaycan mühərrir və naşirləri, ustad qələm sahibləri təəssüf ki, bir əsrdə bir neçə əlifbada qəzet, jurnal çıxarmaq çətinliyini yaşamalı olub. Qeyd edək ki, 1875-1928-ci ilədək ərəb əlifbasında, 1928-1938-ci illərdə latın və sonrakı 70 illik tarix boyunca kiril əlifbasında mətbu nəşr yaratmaq və yaşatmaq olduqca çətin, ağır bir proses olub. Süni şəkildə yaradılan senzuranın ağır şərtləri və dövrün siyasi-ideoloji basqıları altında milli ruhu ölməyə qoymayan, ana dilinin varlığını qoruyub saxlayan bu tarixi nəşrləri yaradan şəxsiyyətlərin hər biri ayrı-ayrılıqda böyük cəsarət, səbir, iradə, bilgi sahibi olub. Qələm ustadlarının yaratdıqları bu irsdən bəhrələnib, onlara istinad edib gələcəyi müəyyənləşdirməsək, gələcəkdə Azərbaycanın milli-mənəvi irsinin qorunmasında böyük xətalara yol verə bilərik.“Mübaliğəsiz olaraq demək olar ki, bu böyük qələm ustadları şərəfli dövlətçilik tarixi ilə fəxr etdiyimiz Azərbaycan Cümhuriyyətini əvvəl mətbuat səhifələrində sözlə yaratdılar. Milli kimlik, müstəqil dövlətə sahib olmaq hissi, elmi, təhsili və iqtisadi imkanlarıyla digər millətlərdən geri qalmamaq mücadiləsi Azərbaycan milli mətbuatının ana mövzuları, müzakirəyə çıxardıqları əsas problemlər idi”, deyə qeyd edən A.Aşırlı vurğulayır ki, müstəqil dövlət qarşısında vətəndaş məsuliyyəti, haqq işi uğrunda mübarizə yolları milli mətbuat səhifələrində xalqa çatdırılırdı. Bu gün 150 illik şərəfli tarixi ilə öyünən hər bir insan, qələm sahibi, internet medianın hüdudsuz ağuşunda özünü hürr hesab edən gənc qələm dostlarımız bu kitabı vərəqləsələr, bu şərəf tarixinin bütöv mənzərəsini görə bilərlər. Müəllif bildirir ki, gələcəkdə əldə olunacaq əlavə məlumatlar, yeni nəşrlər haqqında bilgilər də Mətbuat Şurasının rəsmi saytında PDF formatındakı variantına əlavə olunacaq və növbəti yubiley illərində yenilənmiş variantda çap ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Oktyabr 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see644

Uitkoff və Kuşner İranla danışıqlar fonunda ABŞ nin nüvə laboratoriyasına səfər ediblər

06 İyun 2026 02:36see362

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see252

Tramp: Düşünürəm ki, Putin və Zelenski görüşsəydi, əla olardı

05 İyun 2026 01:24see225

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see221

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see217

Alimlər görməni bərpa edə biləcək yeni üsul kəşf etdilər

05 İyun 2026 06:27see204

Bu məktəblərə müəllim qəbulu elan edildi SİYAHI

06 İyun 2026 00:36see195

ABŞ də 60 ildən sonra ət yeyən parazit xəbərdarlığı

04 İyun 2026 22:13see186

“Zülfüqar” ləqəbli döyüşçü UFC turnirinə hazırlığını Bakıda davam etdirəcək

05 İyun 2026 01:52see184

Həkimdən xəbərdarlıq: Qan qrupunun səhv təyini ölümə səbəb ola bilər

05 İyun 2026 04:05see182

“Kəpəz”in legionerinə milli dəvət

05 İyun 2026 00:26see182

Kilosu 10 manata olan kartof Batat hansı xəstəliklərdə faydalıdır?

06 İyun 2026 03:04see179

Dəriyə necə qulluq etməliyik?

05 İyun 2026 02:02see176

BMT qeyri qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

05 İyun 2026 06:13see170

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 23:11see167

Kot d İvuar Duenin qolu ilə Fransaya qalib gəlib

05 İyun 2026 01:28see166

“Allah”, “Tanrı” və “İlah” anlayışları: Azərbaycan elmi baxışında terminoloji dəqiqlik

05 İyun 2026 00:03see165

Bill Qeyts: Gələcəkdə iş həftəsi 2 günə qədər qısalacaq

06 İyun 2026 03:18see159

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

06 İyun 2026 03:17see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri