Meteoroloqlar xəbərdarlıq etmişdi: Kocaelidə ev və iş yerlərini su basıb
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kocaeli vilayətində güclü leysan nəticəsində bəzi çaylar məcrasından çıxıb, ev və iş yerlərini su basıb, nəqliyyatın hərəkətində fasilələr yaranıb.
Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, vilayət ərazisində yağan güclü yağışlar, xüsusilə Başiskele rayonunda həyata mənfi təsir göstərib.
Çayların daşması nəticəsində rayonun sahilyanı ərazilərində, eləcə də Yeşilyurt və Seymen məhəllələrindəki bəzi ev və iş yerlərini su basıb. Küçə və prospektlərdə su yığıntıları əmələ gəlib.
D-130 avtomobil yolunda toplanan sular sürücülərin hərəkətini çətinləşdirib.
Güclü leysan Gebze və Dilovası rayonlarında da fəsadlara səbəb olub. Həmin ərazilərdə bəzi küçə və prospektlərdə su yığıntıları yaranıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 15 Oktyabr 2026 07:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















