Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? AÇIQLAMA
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı metrosunun “Nizami” və “28 May” stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar.
Bu artımın əsası nədir? Digər tərəfdən, paytaxtın ictimai nəqliyyatında nələr gözlənilir?
Avtosfer.az bildirir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, şirkətlərin heç biri qiymətləri artırdığını açıqlamayıb:
“Günün müəyyən, xüsusilə pik saatlarında, həmçinin məsafədən və hava şəraitindən asılı olaraq tariflər dəyişə bilir. Gecə və gündüz tarifləri arasında da fərqlər var. Hazırda metro və avtobus nəqliyyatının inkişafı strategiyası mövcuddur və bu istiqamətdə addımlar atılır”.
E.Muradlı bildirib ki, 2030-cu ilə qədər ən azı 10 yeni metro stansiyasının açılması nəzərdə tutulur:
“AYNA-nın həyata keçirdiyi islahatlar çərçivəsində də hər il təxminən 300 yeni avtobus ölkəyə gətirilərək istifadəyə verilir. Bütün bunlar ictimai nəqliyyatın inkişafına xidmət edir. Gələcəkdə tramvay xətlərinin çəkilməsi, metro şəbəkəsinin genişləndirilməsi də nəzərdə tutulur. İctimai nəqliyyat inkişaf etdikcə taksiyə olan tələbatın azalması gözlənilir. Tələbat azaldıqda isə qiymətlərə də təsir edə bilər.
Bununla belə, taksi xidmətləri üzrə qiymətlərin tənzimlənməsinə ehtiyac var. Bakı şəhərində taksilərin sayına məhdudiyyət qoyulub və bu limit təxminən 25 min avtomobil təşkil edir. Taksilərin sayı müəyyən edilmiş limit çərçivəsində saxlanılarsa, bazarda ciddi problemlərin yaranmaması üçün şərait formalaşa bilər. Digər tərəfdən, taksilərin sayı azaldıqda qiymət artımı da baş verə bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 28 Oktyabr 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















