Yeni tikilən metro stansiyasının adı nə olacaq? AÇIQLAMA
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Paytaxtın Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında inşa edilən yeni metrostansiyada işlər yekunlaşmaq üzrədir. Hazırda stansiyada son tamamlanma prosesi gedir. Uzun müddətdir təmir-tikinti işlərinin getdiyi bu obyektin istifadəyə verilməsi ərazidəki sakinlərin və tələbələrin hərəkətini xeyli rahatlaşdıracaq.
“Bakı Metropoliteni” QSC-dən bildirildi ki, b4 stansiyasının tikinti quraşdırma işləri hazırda iş qrafikinə uyğun sürətli şəkildə davam etdirilir. “8 Noyabr” - b4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib. Qurum rəsmisi stansiyanın ilin sonuna qədər hazır olmasının və təhvil verilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Stansiyanın hansı adı daşıyacağı isə hələlik maraq mövzusudur. Ərazidə mühüm tibb ocaqlarının yerləşməsini nəzərə alaraq, stansiyaya Mustafa Topçubaşov kimi tanınmış alimlərin və ya milli qəhrəmanların adının verilməsi müzakirə olunur. Lakin advermə proseduru fərqli mexanizmlə tənzimlənir.
"Bakı Metropoliteni" QSC-dən musavat.com-a bildirilib ki, mövcud qanunveriliciyə uyğun olaraq, stansiyalara adların verilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir və yeni stansiyanın adı ilə bağlı rəsmi məlumat yoxdur.
Müstəqillik illərinə qədər adlar SSRİ Nazirlər Soveti tərəfindən müəyyənləşdirilsə də, artıq bu səlahiyyət Azərbaycan Nazirlər Kabinetinə məxsusdur. Bakı metrosunda fəaliyyətə başladığı 1967-ci ildən bəri bir çox stansiyanın adı dəyişdirilib. Məsələn, 1992-ci ildə “XI Qızıl Ordu Meydanı” stansiyası “20 Yanvar”, “28 Aprel” isə “28 May” adlandırılıb. Həmçinin “Avrora” stansiyası “Qara Qarayev”, “26 Bakı Komissarı” isə “Sahil” adını alıb. Adı dəyişdirilən sonuncu stansiya isə 2011-ci ildə “Məşədi Əzizbəyov”dan “Koroğlu”ya çevrilən dayanacaq olub.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Baxış sayı:185
Bu xəbər 18 Fevral 2026 16:20 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları