Icma.az
close
up
RU
Metro istifadəçiləri 10 manatdan 100 manata qədər cərimələnə bilər (QAYDALAR)

Metro istifadəçiləri 10 manatdan 100 manata qədər cərimələnə bilər (QAYDALAR)

Icma.az bildirir, Baku.ws portalına istinadən.

İctimai nəqliyyatda qayda pozan təkcə sürücülər olmur, bəzən sərnişinlər də qaydalara əməl etmirlər. Avtobus sürücləri nə qədər qayda pozursa, bir o qədər də sərnişinlər qaydaları pozur. Metroda da qayda pozanlar az deyil və cəzalar mövcuddur.

Avtosfer.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 140-1-ci maddəsində metropolitendən istifadə qaydalarının pozulması ilə bağlı cərimələr əksini tapır. Lakin qanunlar cəmiyyətdə yetərincə təbliğ edilmədiyi üçün əksəriyyətin bundan xəbəri yoxdur. Bunu nəzərə alaraq Avtosfer.az saytı metro istifadəçilərinin daşıdıqları məsuliyyət və qayda pozuntusuna görə onları gözləyən cərimələrlə bağlı məqamları diqqətə çatdırır.

İXM-140-1.1. Stansiyaların vestibüllərini, keçirdlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan "sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə - 10 manat miqdarında cərimə edilir.

140-1.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə - 15 manat miqdarında cərimə edilir. 

140-1.3. Dəmir yoluna hər hansı əşya atmağa görə - 30 manat miqdarında cərimə edilir.

140-1.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan "Stop” açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə - 50 manat miqdarında cərimə edilir.

140-1.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə - 70 manat miqdarında cərimə edilir.

140-1.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə - 100 manat miqdarında cərimə edilir.

BPİ Metropolitendə Polis Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, bu qanunlardan əksər sərnişinlərin xəbəri olmasa da, qayda pozduqlarına görə cəzalananların sayı xeyli çoxdur. Əsasən, metroda siqaret çəkənlərin çoxluq təşkil etdiyini deyən polis əməkdaşları bildirdilər ki, həmin sərnişini saxlayıb şöbəyə gətirirlər və burada barəsində inzibati protokol tərtib edildikdən sonra cərimə kassaya ödənilir. Metro polisləri etiraf edirlər ki, sərnişinlərin əksəriyyəti bu qaydaları və ona adekvat cərimələri bilmədikləri üçün pozuntuya yol verirlər: «Bəzi sərnişinlər var ki, vaqondan düşüb eskalatora minən kimi siqareti yandırır. Lakin bu, qanun pozuntusudur. Ümumiyyətlə, «M» hərfi yazılan yerdən daxil olduqda metro ərazisi sayılır və sərnişinlər qanunla üzərlərinə düşən vəzifələri icra etməlidirlər. Qaydaları pozmaq olmaz. Bəzən sərnişinlər vaqonların qapısını tutub saxlayırlar və bununla da qatarın hərəkətini gecikdirirlər. Bu da inzibati məsuliyyətə səbəb olur. Sürahiyə toxunanlar, yerə zibil atanlar, vaqonları yazanlar da az deyil. Yazanların hamısını tutmaq mümkün olmasa da, zibil atanlar, qapını tutub saxlayanlar, siqaret çəkənlər, qadağan olunmuş əraziyə daxil olunlar polislər tərəfindən saxlanılır və cərimə olunur».

Ümid edirik ki, sərnişinlər cərimə olunmamaq üçün bundan sonra metroda bu qaydalara əməl edəcəklər. Bununla həm mədəniyyət göstərmiş olurlar, həm həyatlarına təhlükə yaranmır, həm də cərimə olunmurlar…

BAKU.WS

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Aprel 2025 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri