Metro stansiyalarının çıxışları nömrələnir FOTO
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Bakı Metropolitenində sərnişinlərin səmti rahatlıqla müəyyən etməsinə müsbət təsir göstərəcək yenilik edilir.
Redaktor.az xəbər verir ki, bütün stansiyaların giriş və çıxışlarının sıra nömrələri ilə təmin edilməsinə başlanılıb. Bununla əlaqədar metropoliten stansiyalarının platformaları, vestibül, keçid və giriş sahələrində olan naviqasiya məlumatlandırma lövhələri dəyişdirilir.
Çıxışların nömrələnməsi sayəsində sərnişinlər üçün istiqamət seçilərkən bəzi vərdişlərin möhkəmləndirilməsi daha da rahat olacaq. Bu xüsusda çıxışlarda olan obyektləri məhz nömrələrlə daha sürətli və tez təyin etmək mümkün olacaq, eləcə də səmtin müəyyən edilməsi ilə bağlı bir sıra digər çətinliklər azalacaq.
Planlaşdırılan müasir elektron, mobil və digər naviqasiya sistemlərinin tətbiqi zamanı da nömrələmə qaydasının imkanlarından geniş istifadə olunacaq.


Baxış sayı:107
Bu xəbər 09 Dekabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















