“Metroda bir stansiya gedənlə 10 stansiya gedən eyni pulu ödəməməlidir” Tural Abbaslı
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı Metropolitenində məsafəyə uyğun ödəniş sistemi həyata keçiriləcək. Hazırda vahid tarif modeli tətbiq olunsa da, məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində təhlillər aparılır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Ağ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, bu metod Gürcüstanda illərdir mövcuddur:
"Hətta Gürcüstanda metrodan istifadə üçün müxtəlif güzəştlər də var. Məsələn, metroya bir dəfə daxil olursansa, bir saat ərzində yenidən daxil olduqda artıq 50 faiz endirim tətbiq olunur və yaxud bir saat ərzində üçüncü dəfə metroya daxil olursansa, 75 faiz endirim olur. Stansiyalara görə ödəniş olunması çoxdan tətbiq olunmalı olan məsələdir və burada sərnişinlərin maraqları nəzərə alınmalıdır. Amma indi özlərinin verdiyi bəyanata görə, hələ bununla bağlı məsələlər düşünülür, müzakirə olunur, qeyri-müəyyən ifadələr səsləndirilir. Konkret vaxtlar olmalıdır, konkret rəqəmlər olmalıdır, konkret qiymətlər açıqlanmalıdır. Qeyri-müəyyənlikdir. Elə bil ki, küçədə hər hansı aidiyyəti olmayan bir vətəndaşdan fikir soruşursan, eyni cür “rəsmi mövqe” kimi fikir bildirilir.
Amma ümumilikdə, təbii ki, bir stansiya gedənlə, 10 stansiya gedən eyni qiyməti ödəməməlidir, deyə düşünürəm. Eyni zamanda, metrodakı qatarlar arasındakı intervallar da qısaldılmalıdır. Həmçinin Bakı Metropoliteni daha da şaxələnməli, hətta Sumqayıta qədər uzadılmalıdır. Amma hələlik görünən odur ki, heç kim özünü riskə atmaq istəmir, heç kim indiki məqamda investisiya və xərc tələb edən layihələri başlatmaq istəmir. Ona görə də ümumi sözlərlə cəmiyyətə nəsə deyirlər. Sözün düzü, mən heç bir müsbət nəticə gözləmirəm".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 09 Yanvar 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















