Icma.az
close
up
RU
Metroda kondisionerlər hələ də işləmir? RƏSMİ AÇIQLAMA

Metroda kondisionerlər hələ də işləmir? RƏSMİ AÇIQLAMA

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyunun 1-dən etibarən Bakı şəhərində fəaliyyət göstərən avtobuslarda kondisioner sistemləri istifadəyə verilsə də, metro sərnişinləri havalandırma və soyutma ilə bağlı problemlərin hələ də tam həll olunmadığını bildirib.
Avtosfer.az-ın sosial şəbəkə hesabına daxil olan müraciətlərin birində sərnişin metro qatarlarında kondisionerlərin fəaliyyəti ilə bağlı narazılıqlarını ifadə edib.
Sərnişinin sözlərinə görə, bəzi qatarlarda soyutma sistemi hiss olunmur, bəzi hallarda isə kondisionerlərin bir neçə stansiya ərzində işləmədiyi müşahidə edilir. Bu da xüsusilə isti havalarda narahatlığa səbəb olur.
Məsələ ilə bağlı “Bakı Metropoliteni”nin GSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Avtosfer.az-a bildirib ki, kondisionerlərin qəsdən söndürülməsi ilə bağlı iddialar doğru deyil:


“Belə bir praktika metroda mövcud deyil. Ola bilər ki, xəttə işləyən qatarda hər hansı texniki nasazlıq və ya sistem xətası yaransın. Belə hallarda problem operativ şəkildə aradan qaldırılır. Qatar depodan və ya gecələdiyi dayanacaq məntəqəsindən xəttə çıxarkən mikroiqlimə nəzarət sistemi artıq işlək vəziyyətdə olur. Burada söhbət yalnız havanın soyudulmasından getmir, bütövlükdə sərnişin salonunda mikroiqlimin tənzimlənməsindən gedir. Əgər sərnişinlər belə bir halla qarşılaşıblarsa, konkret məlumatları bizə təqdim edə bilərlər. Lakin "bir neçə stansiyadan sonra kondisioner işə salındı" kimi iddialar texniki baxımdan mümkün deyil. Qatar stansiyada dayandıqda qapılar açılır və çöldəki isti hava salonun içinə daxil olur. Bu səbəbdən sərnişinlər qısa müddətli diskomfort hiss edə bilərlər. Lakin qatar hərəkətə başladıqdan sonra soyutma sistemi temperatur rejiminə uyğun şəkildə avtomatik işləyir və salonun temperaturunu normallaşdırır. Metro qatarlarında mikroiqlimə nəzarət sistemi avtomatik idarə olunur və temperaturu özü tənzimləyir. Buna görə də kondisionerin bir neçə stansiya sonra sürücü tərəfindən əl ilə qoşulması mümkün deyil".

Bəxtiyar Məmmədov qeyd edib ki, yerüstü nəqliyyat vasitələri ilə müqayisə də tam doğru deyil:
“Maşinist qatarın hərəkətinə, tunelə və sərnişinlərin təhlükəsiz daşınmasına nəzarət edir. Kondisioner və mikroiqlim sistemlərinin işi isə avtomatik rejimdə həyata keçirilir. Qatarlarda kondisionerlərin qəsdən söndürülməsi mümkün deyil. Qatar xəttə çıxarkən mikroiqlimə nəzarət sistemi işlək vəziyyətdə olur və proses avtomatik şəkildə tənzimlənir.
Hərəkət zamanı sistem temperatur rejiminə uyğun olaraq avtomatik işləyir və salonun temperaturunu normallaşdırır. İki-üç stansiya keçdikdən sonra kondisionerin sürücü tərəfindən qoşulması texniki baxımdan mümkün deyil. Hər hansı texniki nasazlıq yaranarsa, problem operativ qaydada aradan qaldırılır. Sərnişinlərdən isə belə hallarla qarşılaşdıqları təqdirdə konkret məlumatları metropolitenə təqdim etmələri xahiş olunur.

Fatimə Dadaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 İyun 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri