Metrodan istifadə edənlər üçün mühüm xəbər Qazıntı işləri başladı
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı metrosunun "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında əlavə piyada tunelinin inşasına start verilib.
Demokrat.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, mövcud piyada keçidinin analoji nümunəsi platformanın digər tərəfində də inşa ediləcək.
"Hazırda həmin tunelin qazıntı işləri icra olunur. Bu keçid gələcəkdə sərnişin axınının daha rahat və təhlükəsiz təşkilinə xidmət edəcək və xətlərin ayrılması layihəsinin tərkib hissəsidir", - deyə B. Məmmədov qeyd edib.
O əlavə edib ki, "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında xətlərin fiziki ayrılması layihəsi üzrə növbəti mərhələyə başlanılıb. Mətbuat katibinin sözlərinə görə, bu layihə paytaxtda nəqliyyat infrastrukturunun yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
"Hər iki stansiya yaxınlığında yerləşən hazırlıq şaxtalarında işlər tam başa çatdırılıb və artıq tunel səviyyəsinə enilib. Hazırda xətlərin fiziki olaraq ayrılması üçün hazırlıq mərhələsi icra olunur. İşlər ərazinin geoloji xüsusiyyətləri nəzərə alınmaqla xüsusi inşaat qaydaları əsasında aparılacaq və təhlükəsizlik baxımından etibarlı üsullar seçilib", - deyə o bildirib.
Qeyd edilib ki, xətlərin fiziki ayrılması prosesinin ümumilikdə 11 ay davam etməsi gözlənilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Metrodan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR
28 Yanvar 2025 11:06
Metrodan istifadə edənlər üçün YENİ XƏBƏR
15 Dekabr 2025 14:42
Metrodan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR Bu tarixdə...
07 Aprel 2025 13:00
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR
25 Noyabr 2024 13:15
Metrodan istifadə edənlərə XOŞ XƏBƏR
14 Noyabr 2024 18:40
Baxış sayı:57
Bu xəbər 20 Yanvar 2026 11:54 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları