Metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən avtobusların iş saatları uzadılacaq
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Metronun “Həzi Aslanov” stansiyasında aparılacaq təmir işləri ilə əlaqədar metropolitenin Yaşıl və Qırmızı xətləri üzrə sərnişin axınını qarşılamaq üçün sözügedən metrostansiya istiqamətində fəaliyyət göstərən 11, 43, 51 və 57 nömrəli müntəzəm avtobus marşrutlarının iş saatları uzadılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, noyabrın 30-dan bu marşrut xətləri üzrə avtobuslar saat 06:00-dan 00:00-dək sərnişinlərə xidmət göstərəcək.
Daşıyıcılara avtobusların sayının artırılması və intervalın azaldılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən avtobusların iş saatları uzadılacaq AZƏRTAC
27 Noyabr 2024 19:15
Metronun “Həzi Aslanov” stansiyasında qatarların hərəkət qrafiki dəyişdirilir
26 Noyabr 2024 15:32
Metronun “Həzi Aslanov” stansiyasında qatarların hərəkət qrafiki dəyişdiriləcək
26 Noyabr 2024 16:55
Metronun Həzi Aslanov” stansiyasında mərhələli yenidənqurma işlərinə başlanılır
26 Noyabr 2024 15:13

