Metronun qatar parkı böyüyür yeni vaqonlar nə zaman tam istifadədə olacaq?
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bakı Metropoliteni” QSC qatar parkını genişləndirməkdə davam edir.
Globalinfo.az xəbər verir ki, QSC-nin məlumatına görə, sərnişin məmnuniyyəti və xidmət keyfiyyətini artırmaq məqsədilə daha bir yeni nəsil qatar istismara verilib.
Ən yeni texnologiyalar əsasında hazırlanmış müasir vaqonlar bu il istismar müddəti başa çatan əvvəlki nəsil qatarın əvəzinə xəttə buraxılıb.
Bununla hazırda xətlərdə olan yeni nəsil qatarların sayı 170 vaqona (34 qatar) çatdırılıb. Sazlama və komplektləşdirmə işləri aparılan daha 10 vaqon 2025-ci ilin sonunadək sərnişindaşımaya cəlb ediləcək.
Ümumilikdə ilin sonunda Bakı metropolitenində 180 yeni vaqon (36 qatar) istismarda olacaq. Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək daha 299 yeni nəsil vaqon alınması planlaşdırılır.
Baxış sayı:72
Bu xəbər 09 Dekabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















