Icma.az
close
up
RU
Metyu Brayza: Çərçivə razılaşması düzgün tərtib olunsa, sülh sazişinin imzalanması ASANLAŞACAQ

Metyu Brayza: Çərçivə razılaşması düzgün tərtib olunsa, sülh sazişinin imzalanması ASANLAŞACAQ

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"ABŞ prezidentinin kim olmasından asılı olmayaraq, illərdir, düşünürdüm ki, Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə qoşulmalı, dəstək olmalıdır. Fikrimcə, Prezident Trampın iştirakı ilə bu mərhələyə yaxınlaşırıq".

Bu fikirləri Oxu.Az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

O qeyd edib ki, sülh istiqamətində çərçivə razılaşması hazırlanacaq:

"Heç kim dəqiq bilmir ki, sülh sazişi nə vaxt imzalanacaq, lakin bu çərçivə razılaşması çox vacib olacaq. Bilirsiniz ki, bu ilin mart ayında Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan sülh sazişinin yekun mətni üzrə razılığa gəliblər.

Hazırda qalan əsas məsələ Azərbaycanın tələbidir. Ermənistanın konstitusiyasını dəyişərək Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu birmənalı şəkildə təsdiqləmək və orada indiyədək mövcud olmuş hər hansı qeyri-müəyyənliyi aradan qaldırmaq. Bu proses çətin olacaq və Ermənistan daxilində baş nazir Paşinyanın çox gərgin siyasi mübarizədə qalib gəlməsini tələb edəcək. Prezident Trampın Paşinyana bu məsələdə göstərəcəyi güclü dəstəyin bu gün Vaşinqtonda keçiriləcək görüşdən sonra açıq şəkildə görünəcəyinə inanıram. Amma bu, hələ sülh sazişi deyil, çərçivə razılaşmasıdır".

M.Brayza əlavə edib ki, bu razılaşma, xüsusilə Ermənistanın konstitusiyasını Azərbaycanın istədiyi kimi dəyişməsi məsələsində hər iki liderə sülh sazişini yekunlaşdırmaqda yardım edəcək:

"Danışıqlarda, həmçinin liderlər arasındakı strateji tərəfdaşlıq razılaşmalarından da bəhs olunur. Bu razılaşmalar ölkələr arasında iqtisadi, siyasi və təhlükəsizlik əlaqələrini gücləndirəcək. Bundan başqa, ABŞ Konqresində, respublikaçılar tərəfindən idarə olunan qanunverici orqanda Prezident Trampın "907-ci düzəliş"in tamamilə ləğvinə çağırış edəcəyi də müzakirə mövzusudur.

Nəhayət, Zəngəzur dəhlizi ilə bağlı müəyyən razılaşmanın əldə ediləcəyi barədə ehtimallar var. Belə ki, dəhlizin Ermənistan ərazisindən keçən hissəsini bir ABŞ logistika şirkətinin idarə edəcəyi deyilir. Bunlar hələlik Vaşinqtondan yayılan məlumatlardır. Günün sonunda nə baş verəcəyini görəcəyik. Amma bu, mənim Qarabağ münaqişəsini 25 ildən artıq izlədiyim müddətdə gördüyüm ən optimist görüşlərdən biridir. Ümid edirəm ki, bu gün baş verənlər tezliklə yekun sülh sazişinə gətirib çıxaracaq. Əgər çərçivə razılaşması düzgün tərtib olunarsa, sülh sazişinin imzalanması prosesini asanlaşdıra bilər".

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Avqust 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri