Icma.az
close
up
RU
Məxfi sənədləri xadimə tapıb

Məxfi sənədləri xadimə tapıb

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsveçin milli təhlükəsizlik müşaviri Henrik Landerholmun Hellöfst konfrans zalında unutduğu məxfi sənədləri müəssisənin xadiməsi tapıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, məxfi sənədlərin aşkarlanması barədə hökumətin aparatına məlumat verilib. Lakin onların itirildiyi andan həyəcan təbili çalana və H.Landerholmun işçisi tərəfindən götürülənədək nə qədər vaxt keçdiyi məlum deyil. Hellöfst rəhbərliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Sənədlərin icazəsiz şəxsin əlinə keçməsi ilə bağlı yeni müddəalar məlumatların mühafizəsi qanunvericiliyinin əsas aspektini vurğulayır: yalnız səlahiyyətli şəxslərin qorunan məlumatlara çıxışı olmalıdır. Müsahibəyə cəlb olunan ekspertlər izah ediblər ki, əgər kənar şəxs məxfi sənədlərə giriş əldə edirsə, bu, məlumatın açıqlanması hesab olunur.

Yerli media hadisə ilə bağlı şərh almaq üçün Baş nazirə müraciət etsə də, Ulf Kristersson bundan imtina edib. Onun sözçüsü keçən cümə axşamından bəri suallara cavab verməyib və Baş nazirin müsahibə üçün hazır olub-olmayacağını açıqlamayıb.

Bu həftə parlamentin müdafiə komitəsinin sədri Peter Hultqvist Baş nazirin müdafiə komitəsinin iclasına çağırılmasını tələb edib. Əgər bu baş verərsə, hökumətin başçısı hazırkı parlament dövründə ilk dəfə həmin komitəyə çağırılacaq.

“Kristersson gizlənə bilməz, o, nə baş verdiyini izah etməlidir”, -deyə P. Hultqvist bildirib.

O vurğulayıb ki, məxfi sənədlərin xadimə tərəfindən aşkarlanması ilə bağlı insident, xüsusən də məlumat sızmasının milli təhlükəsizliyi təhdid etdiyini nəzərə alınarsa, rəhbərliyin işində ciddi problemlər olduğunu nümayiş etdirir.

Xatırladaq ki, 2023-cü ilin martında H.Landerholm həmin konfrans mərkəzində məxfi sənədləri unudub. Onlardan birinin açıqlanması İsveçin milli təhlükəsizliyinə ciddi ziyan vura biləcək sənəd kimi təsnif edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Yanvar 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri