Icma.az
close
up
RU
Meydan TV və AXCP separatçını niyə müdafiə edir? Başlarının ağası...

Meydan TV və AXCP separatçını niyə müdafiə edir? Başlarının ağası...

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Deməli, aprelin 4-də “AXCP-yə Talışıstan lazımdır?” başlığı ilə bir status paylaşmışdım. Qeyd etmişdim ki, Qənimət Zahid Arif Yunusla səs-səsə verərək separatçı Zahirəddin İbrahiminin müdafiəsinə qalxıb. Belə yazmışdım: “Arif Yunus heç, o, ermənini müdafiə edən adamdır. Yaxşı, Qənimət Zahid Azərbaycan dövlətini parçalamaq istəyən bu qurumun rəhbərini nədən müdafiəsinə qalxıb? Mən deyəndə ki, AXCP Azərbaycanda etnik separatizmi müdafiə edir, çoxları daş atıb başın tutur ki, bu, şərdir, böhtandır”…

İndi də Meydan TV eyni canfəşanlıqla separatçının müdafiəsinə qalxıb. Meydan TV Zahirəddin İbrahimini (onlar İbrahimov yazır) tarixçi alim, tədqiqatçı kimi təqdim edir. Onun yeritdiyi separatizm haqqında bir kəlmə də demir. Ümumiyyətlə, o boyda mətndə “separatçı” sözü yerli-dibli işlənmir. Belə təəssürat yaratmaq istəyirlər ki, Azərbaycanın avtoritar rejimi demokratiya uğrunda savaş aparan birisini tutub Rusiyadan Azərbaycana gətiriblər.

Bir daha deyirəm: Talış tədqiqatçı yox, talış separatçısı! Meydan TV həmişə olduğu kimi belə yaramazlıqları, hətta separatizmi müdafiə və təbliğ edir. Qərbdən qrant alanda belə olur. Azərbaycana arxa çevirib, düşmənə xidmət edirlər.

Diqqət edirsizmi? AXCP də talış separatçısın müdafiə edir, Meydan TV də. Niyə belə də? Çünki hər ikisinin başının ağası Qərbdir. Oradan da belə sifariş gəlir.

Meydan TV dəfələrlə erməni separatizminə dəstək verən, müxtəlif bəhanələrlə onları müdafiə edən məqalələr verir. Bir dəfə bu məsələ ilə bağlı etiraz xarakterli bir şeylər yazmışdım. Meydan TV-nin rəhbəri Həbib Müntəzir mənə zəng vurdu. Xeyli söhbət etdik. O, məni inandırmağa çalışdı ki, o, özü də, bütövlükdə ailəsi də milli düşərgədə yer alırlar. Vallah, mənim heç bir etirazım yoxdur. Ancaq fakt ortadadır. Meydan TV Qərbin sifarişi ilə bəlli siyasi xətt tutub gedir.

Meydan TV-nin Bakıda işləyən əməkdaşları həbsdədir. Əlbəttə, mən bütün siyasi məhbusların, xüsusən həbsdə olan 30-a yaxın jurnalistin həbsdən azad olunmasını istəyirəm. Azərbaycan jurnalisti, siyasətçisi, ictimai fəalı… həbsdə olmamalıdır. Eyni zamanda Azərbaycan jurnalisti, siyasətçisi, ictimai fəalı… dövlətimizin əleyhinə olan, xalqımızın varlığını təhdid edən etnik və dini separatizmin xidmətində durmamalıdır…

Zahirəddin İbrahimi öz əli ilə talış separatçılarının saytında belə yazır: “Azad müstəqil Talışıstan dövlətində yaşamaq” istəyirəm. “Azərbaycanda demokratiyanın bərqərar olacağı təqdirdə talış xalqının bir yumruq kimi birləşib öz istiqlalını əldə etməsinə qətiyyən şübhəmiz yoxdur”.

Belə birisinə niyə AXCP və Meydan TV separatçı demir? Deməyi cəhənnəm, üstəlik separatçını müdafiə edir.

Elbəyi Həsənli, Sürix

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Aprel 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri