Meydan TVnin əməkdaşları MƏHKƏMƏDƏ: ikisi həbs edildi
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Xətai rayon məhkəməsində "Meydan TV"nin əməkdaşları barələrində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılır.
Lent.az xəbər verir ki, artıq Aysel Umudova və Aytac Əhmədova barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Hazırda digərləri barəsində təqdimatlara baxılır.
Qeyd edək ki, "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov qaçaqmalçılıqda şübhəli bilinərək saxlanılıblar.
Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürulub.

Meydan TVnin əməkdaşları MƏHKƏMƏDƏ: Dördü həbs edildi YENİLƏNİB
08 Dekabr 2024 14:06
Meydan TVnin əməkdaşları MƏHKƏMƏDƏ: hamısı həbs edildi YENİLƏNİB
08 Dekabr 2024 15:43
Meydan TVnin əməkdaşları MƏHKƏMƏDƏ: 6 nəfər həbs edildi YENİLƏNİB
08 Dekabr 2024 14:41
Meydan TVnin əməkdaşları saxlanıldı
06 Dekabr 2024 18:53
Meydan TVnin əməkdaşları SAXLANILDI
06 Dekabr 2024 18:54

