Icma.az
close
up
RU
Meyvə tərəvəzin bahalaşmasının bir neçə səbəbləri... Leysan xarakterli yağışlar qiyməti artırır, keyfiyyəti azaldır

Meyvə tərəvəzin bahalaşmasının bir neçə səbəbləri... Leysan xarakterli yağışlar qiyməti artırır, keyfiyyəti azaldır

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Uzunmüddətli yağış səbəbi ilə xəstəlik və zərərverici risklər artır, xüsusən də göbələk xəstəlikləri bağ və tərəvəz təsərrüfatlarında geniş yayılır”.

Ölkənin müxtəlif bölgələrində yağan leysan xarakterli yağışlar kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir edir. Onsuz da bütün ərzaqların bahalaşdığı bir zamanda, digər tərəfdən də intensiv yağan yağışlar meyvə-tərəvəzin bazarlarda qiymətlərin yüksəlməsinə səbəb ola bilər.

Yağan yağıntıların meyvə-tərəvəz istehsalına nə dərəcədə mənfi təsirləri var?

Məsələ ilə bağlı Bizimyol.info portalına açıqlama verən iqtisadçı-ekspert Famil Niftiyev bildirib ki, su basmış sahələrdə oksigen çatışmazlığı yaranır, bu da xüsusilə tərəvəz bitkilərinin inkişafını ləngidir: “Yağan leysan xarakterli yağışlar kənd təsərrüfatında, xüsusilə meyvə-tərəvəz istehsalında ciddi fəsadlar yaradır. İlk növbədə, intensiv yağıntılar torpaq eroziyasını gücləndirir. Bu vəziyyət bitkilərin kök sisteminin zəifləməsinə, məhsuldarlığın azalmasına gətirib çıxarır. Su basmış sahələrdə oksigen çatışmazlığı yaranır ki, bu da xüsusilə tərəvəz bitkilərinin inkişafını ləngidir, hətta onların məhv olmasına səbəb ola bilir. Digər mühüm məqam ondan ibarətdir ki, yağışlar nəticəsində açıq sahələrdə yetişən məhsulların bir hissəsi çürüməyə başlayır, keyfiyyətini itirir və bazara çıxarıla bilmir. Bu, təklifi azaldaraq bazarda qiymət artımına təkan verir.

Yağıntıların təsiri yalnız fiziki zərər çəkməklə məhdudlaşmır, həm də logistik zənciri pozur. Torpaq yollarının palçığa çevrilməsi məhsulun vaxtında yığımını və bazarlara daşınmasını çətinləşdirir. Nəticədə bazara çıxarılan məhsulun həcmi azalır və mövcud məhsulların qiyməti yüksəlir. Bundan başqa, uzunmüddətli yağış fonunda xəstəlik və zərərverici riskləri artır, xüsusən də göbələk xəstəlikləri bağ və tərəvəz təsərrüfatlarında geniş yayılır. Bu, fermerləri əlavə xərclərə – dərmanlama və profilaktik tədbirlər üçün vəsait ayırmağa məcbur edir. Nəticədə maya dəyəri bahalaşır və bu da birbaşa istehlakçı qiymətlərinə sirayət edir”.

Famil Niftiyev

İqtisadçı-ekspert qeyd edib ki, yağışlar bir tərəfdən istehsal həcmlərini azaldır, digər tərəfdən məhsulun keyfiyyətini zəiflədir: “Leysan xarakterli yağışlar ərzaq bazarında ikiqat təzyiq yaradır. Bir tərəfdən istehsal həcmlərini azaldır, digər tərəfdən məhsulun keyfiyyətini zəiflədir. Onsuz da bahalaşma fonunda bazarlara daha az və daha zəif keyfiyyətli məhsulun çıxması qiymətlərin artım tempini sürətləndirə bilər. Bu proses xüsusilə qısa müddətdə tez xarab olan məhsullarda – pomidor, xiyar, alçaq boylu meyvələrdə daha kəskin hiss olunur. Əgər hava şəraiti sabitləşməzsə, qiymətlərin artımı həm mövsümi, həm də struktur xarakter ala bilər ki, bu da kənd təsərrüfatı və istehlak bazarında əlavə qeyri-sabitlik yaradar.

İntensiv yağıntılar sadəcə təbii risk deyil, həm də bazarda qiymət volatilliyini artıran əsas amillərdən biridir. Burada dövlətin aqrar sığorta, infrastrukturun möhkəmləndirilməsi və bazara çıxış mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı dəstək tədbirləri olduqca vacibdir”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Sentyabr 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see163

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see137

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri