Icma.az
close
up
RU
Meyvə və tərəvəzlərin nə vaxtdan ucuzlaşacağı məlum oldu

Meyvə və tərəvəzlərin nə vaxtdan ucuzlaşacağı məlum oldu

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Son günlər bazarlarda meyvə-tərəvəzin qiyməti heç də hamını qane etmir. Xüsusilə gündəlik süfrələrdən əskik olmayan məhsullar arasında qiymət artımı daha çox hiss olunur.

BAKU.WS-in məlumatına görə, az qala hər evdə hər gün istifadə olunan kartofun bir kiloqramı hazırda 1.50–2 manat arasında satılır.

Qiymət artımına səbəb təkcə hava şəraiti deyil. Yağışlı hava məhsul yığımını çətinləşdirib, bu da fermerlərin maya dəyərinə təsir edib. Eyni zamanda yanacaq və nəqliyyat xərclərinin yüksəlməsi bazarlardakı ümumi qiymət səviyyəsini artırır.

Bəs bazarlarda meyvə və tərəvələrin qiyməti nə vaxtdan ucuzlaşacaq? Qiymətlər ötən illə müqayisədə daha ucuz ola bilərmi?

İqtisadçı-ekspert Xalid Kərimli BAKU.WS-ə açıqlamasında bildirdi ki, meyvə və tərəvəzlərin ucuzlaşması konkret mövsüm dövründə olacaq:

"Hesab edirəm ki, mayın sonlarında, iyun və iyul ayrlarında həmin ucuzlaşmanı müşahidə edə bilərik. Buna səbəb odur ki, həmin dövrdə ucuz məhsullar bazara çıxarılacaq. İndi çıxarılan meyvə, tərəvəzlərin çoxu parnik rejimində yetişdirilənlərdir.

Digər tərəfdən kütləvi şəkildə məhsulların bazara çıxarılması da qiymətlərə təsir edəcək. Yəni açıq tarladan çox şəkildə bazara meyvə, tərəvəz çıxanda qiyməti ucuzlaşacaq. Bu, keçən ildən daha ucuz olacaqmı? Əgər keçən ilki həcmlərlə çıxarılsa, daha ucuz olmayacaq, nisbətən baha olacaq. Amma ümumiyyətlə indiki dövrdən daha ucuz olacaq.

Niyə keçən ildən daha baha olacaq? Çünki bu dövrdə işçilik qiymətləri də artıb. İnflyasiya müşahidə olunub. Dizel yanacağının qiyməti artıb və işıq, qaz və suyun qiymətlərində dəyişiklik olub. Bunlar hamısı göstərir ki, xərclər ötən illə müqayisədə çoxalıb. 

Amma məhsuldarlıqdan da çox şey asılıdır və məhsuldarlıq vacib məsələdir. Keçən illə eyni həcmdə çıxarılsa, daha baha olacaq. Amma indiki dövrdən daha ucuz olacaq".

Orxan Hüseyn

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 May 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri