Icma.az
close
up
RU
Meyxanaçı Balaəli Maştağalı ustalara atıb

Meyxanaçı Balaəli Maştağalı ustalara atıb

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış meyxanaçı Balaəli Maştağalı tez-tez törətdiyi avtomobil qəzaları ilə gündəmə gəlir. Qəzalardan birində zərərçəkən şəxsin bildirdiyinə görə məsələni öz aralarında həll edəcəyini deyən Balaəli nə ustaların pulunu ödəyib, nə də zərərçəkənlə razılaşdırdığı məbləği. Nəticədə isə iş yarımçıq qalıb.

Bəs belə olan halda təqsirkarı hansı cəza gözləyir?
Mia.az-ın məlumatına görə, təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev Moderator.az-a açıqlamasında bildirib ki, hadisə baş verən zaman ərazini tərk etmək olmaz:
“Şəxsiyyətindən və hadisənin formatından asılı olmayaraq çox cüzi və istisna vəziyyətlərdə yol hərəkəti hadisəsi baş veribsə, hər hansısa bir formada hadisə yerini tərk etmək olmaz. Mütləq şəkildə əraziyə Yol patrul xidmətinin inspektoru və yaxud müvafiq bir əməkdaşı, o cümlədən vətəndaşın avtomobilinin sığortasını həyata keçirən hüquqi şəxs gəlməlidir. Bundan sonra hansısa ekspertiza və yol hərəkəti hadisəsinin səbəbləri, günahkar və təqsirkar şəxs bəlli olduqdan sonra nəqliyyat vasitələri aidiyyatı üzrə müvafiq məntəqələrə aparıla bilər. Qeyd olunan məsələ ilə bağlı şəxsin özü hər hansısa bir şəxsə inanıb.. Bu hadisə 20 il bundan öncə olsaydı məsələni yoluna qoymaq olardı. Çünki sığorta məsələsi indiki səviyyə qədər inkişaf etməmişdi. Amma burada səhlənkarlıq edən şəxs zərərçəkən şəxsdir. O hadisə yerini tərk etməli deyildi. Deyək ki, cəza cüzi cəzadır, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur. Bəli, avtomobili kənara vermək olardı ki, tıxac yaranmasın. Ərazini tərk edib, özləri razılığa gəlibsə artıq burada zərərçəkən şəxs qismində olan tərəf ödənişi almasa hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Amma məsələ artıq yol hərəkəti hadisəsi olduğundan, burda da sığorta, müşahidə kameraları olub. İsti-isti üstünə düşmək hara, 2 aydan sonra bu hadisəni araşdırmaq hara? Bu müzakirənin predmeti və mövzusu ola bilməz. İş-işdən artıq keçib. Ona görə də qəza baş verən an ərazini tərk etmək olmaz. Təkcə yol polisinin bildirişindən sonra ərazidən maşın götürülə bilər. Gündəmdə olan şəxslər, incəsənət adamları, ictimai xadimlər bu mövzularda nümunəvi olmalıdırlar. Onlar qanunvericiliyin tələblərinə riayət etməlidirlər ki, digər şəxslər üçün də örnək ola bilsinlər. Əgər əlimizdə olan sübutlara görə müəyyənləşsə ki, qarşı tərəf həqiqətən də zərər çəkib, avtomobilə böyük ziyan dəyib, bu halda da günahkarı hansısa sutkalıq həbs yaxud cəza gözləmir. Çünki insanlar öz aralarında anlaşıblar. Anlaşmanı sonradan pozublar. Hüquq-mühafizə orqanlarına müraciət olunsa bu məsələ məhkəmə predmetidir və onlar araşdırıb, qərarı verməlidir” deyə ekspert bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://mia.az
archiveBu xəbər 21 Aprel 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see873

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see304

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see300

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see296

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see284

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see260

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see247

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see214

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see211

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see199

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see198

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see195

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see195

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see195

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see194

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see189

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see182

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see181

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see178

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri