Icma.az
close
up
RU
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi Yeni detallar

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi Yeni detallar

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-da yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işğəncələrdən Bakıya qaçması haqda xəbər dərhal ölkə gündəminin müzakirə mövzularından birinə çevrildi. Xəbər verildiyi kimi, M.Pənahov oğluna 2022-ci ilin yayında “Fairmont” hoteldə dəbdəbəli toy edib. O, Həlimə adlı xanımla ailə qurub. Mərasimdə nazirlər, deputatlar, icra başçıları, generallar və nüfuzlu iş adamları iştirak edib.

Lakin bu evlilikdən 17 ay sonra məişət zorakılığının qurbanı olan qadın Haqqin.az saytının redaksiyasına müraciət edib. Bildirilir ki, yeni evlənənlər ABŞ-da, Los-Ancelesdə MSK sədrinin oğluna 2 milyon 35 min 400 dollara aldığı dəbdəbəli villada yaşayıb. Evli cütlük Britaniyanın - “Halifax”, “Natwest”, həmçinin Dubay, hətta Amerika banklarında hesabları olub və bu hesablardan milyonlar xərclənib. Yeni evlənənlərin şirin həyatı Məhəmməd Pənahovun pis vərdişlərə, ilk növbədə spirtli içkilərə aludəçiliyi ortaya çıxandan sonra başlayıb. Məsələn, Məhəmməd Pənahov bir dəfəyə 26 butulka pivəni boşaldıb, sonra isə boş şüşələri hamilə arvadına atıb. Pənahovun belə aludəçiliyi qadına qarşı çoxlu qan və zorakılığa səbəb olur və hamilə arvadı övladını itirir. 17 aylıq evlilikdən sonra qadın bu həyata dözməyərək villadan qaçmaq qərarına gəlib. Valideynləri dəfələrlə Kaliforniya polisi ilə əlaqə saxlamağı tövsiyə ediblər, lakin o, xilasını Bakıya qaçmaqda görüb.

Haqqın.az yazır ki, qadın Bakıda da dinclik tapmayıb. Belə ki, Məhəmməd Pənahov qadına hədə-qorxu gəlməkdə və təhdidlərə davam edib. Bildirilir ki, qadın boşanma iddiası ilə Binəqədi Məhkəməsinə müraciət edib və iddia təmin edilib.

Hələ ki nə MSK sədri, nə onun ailəsi məsələyə münasibət bildirməyiblər. Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elşad Hacıyevin sözlərinə görə, hazırda bu hadisə ilə bağlı rəsmi məlumat yoxdur. Bununla belə, o, əmin edib ki, müvafiq məlumatlar daxil olduqdan sonra Daxili İşlər Nazirliyi dərhal rəsmi açıqlama verəcək. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutu da baş verənlərə münasibət bildirib. Ombudsman müraciətində zərərçəkmiş qadını qəbul etməyə və ona hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib. Bundan əlavə, işə psixoloq və sosial işçi cəlb olunacaq və o, qadının mövcud vəziyyətdən çıxması üçün əlindən gələni edəcək.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, MSK sədrinin oğlundan qaçan qadın qoruma altına alına bilər: “Zorakılığa məruz qalan bu qadın istəsə, sığınacaqda yaşaya bilər. Sosial işçilərimiz ona bu gərgin vəziyyətdən çıxmağa kömək edər”.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında məsələyə bu cür reaksiya bildirib: “Bildiyim qədərilə, həmin qadının 38 yaşı var. Bu yaşda bir insan artıq kifayət qədər həyat təcrübəsinə malik olur və hüquqlarını bilməməsi inandırıcı görünmür. Xüsusilə də uzun müddət ABŞ-da yaşayan, orada ailə quran bir qadının hüquqi mühitdən xəbərsiz olması real deyil. Əgər doğrudan da əri tərəfindən mütəmadi olaraq fiziki zorakılığa məruz qalıbsa, yaşadığı ölkədə - ABŞ-da hüquq-mühafizə orqanlarına, polisə və ya qadın hüquqları ilə məşğul olan təşkilatlara müraciət edə bilərdi.

ABŞ-da belə hallara qarşı çox sərt qanunlar var. Ər arvadını döyərsə, ən azı 5 il müddətinə həbs cəzası ilə üzləşə bilər. Orada ailədaxili zorakılıq məsələlərinə çox həssas və ciddi yanaşılır, qısa müddətdə məhkəmə qərarları çıxarılır, zərərçəkənin təhlükəsizliyi təmin olunur. Ola bilər ki, qadın qorxub, təhdid edilib, ya da ailəsinin gələcəyinə görə narahat olub. Bu səbəbdən də çıxış yolunu Bakıya dönməkdə görüb".

Onun sözlərinə görə, əgər qadın onların təşkilatına müraciət edərsə, ona bütün imkanlar daxilində dəstək göstərməyə hazırdırlar: “Sadəcə, bu məsələdə məni ən çox sarsıdan məqam odur ki, Məzahir Pənahovu cəmiyyət içində ciddi, ailə dəyərlərinə sadiq, yüksək əxlaqi mövqeyi olan bir insan kimi tanımışam və ona həqiqətən böyük hörmət bəsləmişəm. Amma görünən odur ki, çox tərbiyəsiz bir oğul böyüdüb. Oğlu bu davranışı ilə təkcə öz atasını deyil, Azərbaycanı və özünü biabır edib.

Bütün bunların kökündə isə çox vaxt “məhdudiyyətsiz imkanlar” dayanır. Çoxlu pul, güc və toxunulmazlıq hissi insanlarda nəzarətsizlik yarada bilər. Halbuki mən tanıyıram ki, oliqarx övladları arasında çox tərbiyəli, savadlı, davranışlarına diqqət edən insanlar da var. Hər şey ailə tərbiyəsindən və valideyn nəzarətindən asılıdır.  Bəziləri deyə bilər ki, ata oğulun, oğul da atanın əməllərinə görə cavabdeh deyil. Evdə saxladığı it birini dişləyərsə, hüquqi cəhətdən onun sahibi məsuliyyət daşıyır. Əgər evində böyütdüyün övlad cəmiyyət üçün təhlükəli davranış sərgiləyirsə, deməli, burada valideyn məsuliyyəti də gündəmə gəlir. Düzgün tərbiyə verilməli idi".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 May 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri