Icma.az
close
up
RU
“Məzun Evi” ilə bağlı QALMAQALLI FAKTLAR Polisin təsdiqlədiyi faktları Sosial Xidmətlər Agentliyi necə təkzib edir? / ŞİKAYƏT

“Məzun Evi” ilə bağlı QALMAQALLI FAKTLAR Polisin təsdiqlədiyi faktları Sosial Xidmətlər Agentliyi necə təkzib edir? / ŞİKAYƏT

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu, 2-ci yaşayış massivi, 3-cu bina, 1-ci blok, mənzil 11 ünvanında yaşayan Ramiz İbrahimzadə tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu göndərilib. Məktubu olduğu kimi dərc edirik:

“Bildirim ki, Zema adlı xanım qonşuluqdakı binadan - Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu, 2-ci yaşayış massivi 1-ci bina, 1-ci blok, 7-ci mərtəbə, mənzil 50 - valideyn himayəsindən məhrum olanlar üçün nəzərdə tululan ünvandan mənzil alıb. Halbuki, xanımın heç bir statusu yoxdur.

O, özünün “Tik-Tok” sosial şəbəkəsindəki profilində sevincək mənzilinin şəraitini paylaşıb. Bunu tək onun qonşuları yox, bir çox adam görüb.

Bildirmək istəyirəm ki, yaşadığı ev bu qadına saxtakarlıqla verilib. Bu, DSMF-nin Sosial Təminat Şöbəsinin keçmiş müdiri, indiki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun ev almaq hüququ olmayan şəxslərə qeyri-qanuni mənzil verməsi deməkdir.

Bununla bağlı bir çox qurumlara rəsmi müraciətlər olunub. Həmin şikayətlər əsasında indiyədək bir çox media və mətbuat orqanlarında məqalələr dərc olunub.

Sözügedən mənzillər “Valideynlərini itirmiş və valideyn hüququndan məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna əsasən, Nazirlər Kabinetinin qərarı ilə hər iki valideynini itirmiş (valideynləri vəfat etmiş) və valideyn hüququndan məhrum olmuş uşaqlar üçün nəzərdə tutulub.

Onu da bildiririm ki, biziç saxtakarlıq hesab etdiyimiz faktların bir çoxu hüquq-mühafizə orqanları tərəfindən araşdırılaraq təsdiqini tapsa da, mənzillər qeyri-qanuni sahiblərinin əlindən geri alınmayıb. Məsələn, Abşeron Rayon Polis İdarəsindən mənə göndərilən 01.07.2025-ci il tarixli məktubda bildirilir ki, onun müraciəti əsasında aparılmış araşdırma zamanı Novruzov Rəşad Əhliman oğlu, Novruzov Elşad Əhliman oğlu və İsayev Səid Zahid oğlu (Rəşad və Elşad Novruzov qardaşlarının dayısı oğlu – red.) valideyn himayəsindən məhrum olmayan şəxslərdir və onlar ƏƏSMN-nin nəzdində olan dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün yaradılmış “Məzun Evi” sosial müəssisəsinin balansında olan binada mənzillə təmin olunmuş və həmin şəxslər təmin olunduqları mənzillərdə yaşayış yeri üzrə qeydiyyatdadırlar.

Sosial Xidmətlər Agentliyindən isə eyni məsələlər üzrə etdiyimiz müraciətlərə verdiyi cavablarda faktların öz təsdiqini tapmadığı qeyd olunur”.

Şikayətçi həmçinin bildirir ki, mənzilinin isti su təchizatı yoxdur: “Bundan ötrü müraciət etdiyimiz müəssisə rəhbəri isə istilik təchizatı sıradan çıxdığı üç binaya nazirlikdən pul ayırılmasını gözlədiklərini deyir. Halbuki, mənzillərə yiyələnmiş imkanlı şəxslər, pulları hesabına mənzillərin konstruksiyasında qanunsuz dəyişikliklər edərək, özlərinə hər cür komfortlu şərait yaradıblar.

2024-cü ilin 14 dekabr tarixində yaşadığım 2-ci bina, 1-ci blok, 7-ci mərtəbədə mənzillə təmin edilən Səfərova Gülçöhrə Qaçay qızı ona verilən dövlət binasında yerləşən mənzildə qanunsuz söküntü işləri görməyə başlayıb. Hətta əraziyə külli miqdarda tikinti materialları da tökmüşdü. Binanın ümumi blokuna isə təxminən 1 kuba yaxın atsept tökmüşdü. Bununla bağlı əlimdə video-görüntü də var. Üstəlik, Gülçöhrə xanım müəssisədəki 1-ci binanın 1-ci mərtəbəsində mebel mağazası işlədir. Bu mağazanı işlətməsinin qanuni olub-olmadığı da araşdırılmalıdır...

Müəssisənin 3-cü binasının 1-ci blokunun 2-ci mərtəbəsində yaşayan Mahirə xanım da cari ilin mart ayının bayram günlərində evində qanunsuz söküntü işləri görmüşdür. Mart ayının əvvəllərində 2-ci binanın 2-ci blokunun 12-ci mərtəbəsində 111 və 112 nömrəli yanaşı mənzillərin arasındakı divar sökülərək qanunsuz olaraq bir mənzilə çevrilmişdir.

07.10.2024-cü il tarixdə “Məzun Evi” sosial müəssisəsinə müdir təyin olunan Aygün Əzimova eyni zamanda həmin müəssisədə 2021-ci ildən psixoloq kimi ikinci vəzifə daşıyır ki, bu da həmin müəssisədə vakant vəzifələr dairəsini məhdudlaşdırır.

Eyni xətt ilə 2-ci bina, 2-ci korpus, 4-cü mərtəbədə mənzillə təmin olunan Kamran İsmayılov adlı şəxs dələduzluq əməli ilə həbsə düşəndən sonra həmin mənzildə yaşamadığı müddətdə yanğın baş vermiş, hadisə ilə əlaqədar onun qohumları – qardaşı və anası (?) üzə çıxmışlar.

Bundan başqa, 2-ci binanın arxa hissəsində xalçaçılıq təlimi üçün ayrılan sahə də ikiyə bölünərək binada yaşayan Gündüz adlı şəxsin həyat yoldaşı Gülnarə İsmayılovaya xırdavat mağazası işlətməsi üçün verilmişdir.

“Məzun Evi” sosial müəssisəsinin balansında olan binaların həyətində və mənzillərdə qanunsuz söküntü-tikinti işləri aparılmasına dair daha xeyli misallar deyə bilərəm. Bu da həmin neqativ hallara müəssisə rəhbərliyinin bilərəkdən göz yumduğuna dəlalət edir”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurunmların mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri