Sosial Xidmətlər Agentliyi əfv edilənlərlə sosial reabilitasiya işlərinə başlayıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 21 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamının şamil edildiyi şəxslər sosial-reabilitasiya tədbirlərinə cəlb olunublar. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Probasiya Xidməti ilə birgə işlər aparır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin mütəxəssisləri ilkin mərhələdə həmin kateqoriyadan olan 62 nəfərin sosial-psixoloji xidmətlərə olan tələbatının ölçülməsi məqsədilə qiymətləndirməsini aparıblar.
Qiymətləndirmənin nəticələrinə əsasən, ehtiyacı olan şəxslərin sosial-psixoloji yardım xidmətlərinə cəlb edilməsi nəzərdə tutularaq bu sahədə işlərə başlanıb.
Hazırda davam etdirilən proses çərçivəsində həmin şəxslərə sosial-hüquqi və sosial-məsləhət yardımı xidmətləri də göstərilir, onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində iş aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 21 İyun 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















