Icma.az
close
up
RU
Sosial İqtisadi Kollecdə “Məzun günü” keçirilib

Sosial İqtisadi Kollecdə “Məzun günü” keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə “Məzun günü” keçirilib.

Bu barədə AZƏRTAC-a kollecdən məlumat verilib.

Tədbiri açan Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov bu il 27 qrupdan 528 tələbənin məzun olduğunu bildirib. Direktor onları qarşıda yeni sınaqların gözlədiyini, şanlı tariximizin qızıl hərflərlə yazıldığı bir dövrdə məzun olduqlarını vurğulayıb.

Sabunçu Gənclər evinin direktoru Kamil Yaqubov çıxışında Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən danışaraq Sosial-İqtisadi Kollecin məzunlarının peşəkar mütəxəssis olacağına, cəmiyyətimizə fayda verəcəyinə əmin olduğunu qeyd edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin direktoru Ata Babayev məzunlara dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumağı, ölkəmizin daha da inkişaf etməsi və güclənməsi üçün əzmlə, ləyaqətlə, fədakarlıqla çalışmağı tövsiyə edib.

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor əvəzi Əlağa Kərimov çıxışında vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun işğaldan azad etdiyi torpaqlarımızda həyata keçirilən quruculuq işlərinə töhfə vermək gənclərin əsas missiyasıdır.

Məzunların adından çıxış edən Ruslan Bayramov ötən illər ərzində onların üzərində böyük əməyi olan müəllimlərinə səmimi hisslərini çatdırıb, dərin təşəkkürünü bildirib. R.Bayramov məzunların ölkəmizə layiqli bir vətəndaş kimi xidmət edəcəyini, onlara göstərilən etimadı doğruldacaqlarını ifadə edib.

Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev çıxışında məzunların qazandıqları bilik və bacarıqların yalnız şəxsi karyeralarında deyil, həm də cəmiyyətin rifahında mühüm rol oynayacağına əminliyini bildirib.

Tədbirdə təhsildə göstərdikləri yüksək nəticələrə və kollecin ictimai işlərində fəal iştiraka görə bir qrup məzuna təşəkkürnamə təqdim olunub.

Rəsmi hissədən sonra məzun tələbələrin hazırladığı bədii proqram təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri