Icma.az
close
up
RU
MGH nin Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri ilə görüş keçirilib FOTO

MGH nin Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri ilə görüş keçirilib FOTO

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Naxçıvan Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq Memorandumuna əsasən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin VI kursunda təhsil alan bir qrup tələbə Mərkəzi Gömrük Hospitalında cərrahiyyə, daxili xəstəliklər, təcili tibbi yardım, ailə sağlamlığı və seçmə fənn üzrə müxtəlif şöbələrdə təcrübə proqramına başlayıblar. SİA xəbər verir ki, təcrübə proqramının ilk günü - 15 sentyabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin təcrübə proqramına başlayan tələbələri ilə görüş keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, tibb elmləri doktoru Dr. Aynur Səfiyeva, Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tələbələri təcrübə proqramına başlamaları münasibətilə təbrik edib, bu mərhələnin onların həkim kimi formalaşmasında mühüm rol oynayacağını vurğulayıb və onların gələcəkdə peşəkar bilikləri, humanizm dəyərləri və əzmkarlıqları ilə Azərbaycan səhiyyəsinə dəyərli töhfələr verəcəklərinə əminliyini ifadə edib.
Daha sonra Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, tibb elmləri doktoru Dr. Aynur Səfiyeva çıxış edərək tələbələri təcrübə proqramına başlamaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, təcrübə müddətinin gənc həkimlər üçün nəzəri bilikləri praktik bacarıqlarla zənginləşdirmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, Mərkəzi Gömrük Hospitalının peşəkar həkim heyətindən öyrənməyin tələbələrin gələcək peşəkar inkişafı üçün unikal bir imkan olduğunu vurğulayıb.

Tədbirin sonunda tələbələrin müxtəlif mövzularda ünvanladıqları suallar cavablandırılıb, onların maraq doğuran sahələr üzrə fikirləri dinlənilib. Həkimlər tələbələrin gələcək peşəkar inkişafı ilə bağlı məsləhətlər verib, təcrübə proqramının gedişatı barədə ətraflı məlumat təqdim ediblər.

Daha sonra tələbələr Mərkəzi Gömrük Hospitalının müvafiq şöbələrinə yönləndirilib və hər biri seçdikləri sahə üzrə praktiki bilik və bacarıqlarını inkişaf etdirməyə başlayıb.

Qeyd edək ki, təcrübə proqramı tələbələrin gələcəkdə ixtisaslı həkim kimi formalaşmasına, nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə və xəstələrlə işləmə təcrübəsi qazanmasına xidmət edir. Bu cür proqramlar gənc mütəxəssislərin Azərbaycan səhiyyəsinin gələcəyində daha hazırlıqlı və savadlı kadrlar kimi yetişməsinə mühüm töhfə verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see379

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see265

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see227

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see209

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see205

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see178

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see170

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see168

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see167

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see164

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see164

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see153

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see153

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see151

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see149

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri