Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 25 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 25 illik yubileyi qeyd olunub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan, 29 may, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 25 illik yubileyinə həsr edilmiş “Tibb təhsili: qabaqcıl təcrübələr və innovasiyalar” I Respublika elmi konfransının və “Cərrahi və mama-ginekoloji problemlərə multidissiplinar yanaşmalar” Beynəlxalq elmi-praktik konfransının açılış tədbiri olub.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin adını daşıyan muzeyi ziyarət ediblər.

Tədbirdə Türkiyə və Azərbaycanın müxtəlif bölgələrindən 120-dək yüksəkixtisaslı həkim-mütəxəssis iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tibb fakültəsi haqqında videoçarx təqdim olunub.

Rektor Elbrus İsayev Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılmasını muxtar respublikada səhiyyənin inkişafında önəmli dönüş nöqtəsi kimi qiymətləndirib. Bildirib ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində tibbi kadrlara olan zəruri ehtiyacları nəzərə alan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 1999-2000-ci tədris ilində Naxçıvan Dövlət Universitetində baza ali tibb təhsilinin əsası qoyulub, universitetə böyük və əvəzsiz etimad göstərilib.

Bu günədək Tibb fakültəsinin mindən artıq həkimin məzun olduğunu qeyd edən Elbrus İsayev hazırda fakültədə 9 ixtisas üzrə, o cümlədən SABAH qruplarında Azərbaycan və ingilis dili bölmələrində 2000-dən çox tələbənin təhsil aldığını diqqətə çatdırıb: “2012-ci ildən Tibb fakültəsinin nəzdində rezidentura hazırlığı başlanıb və bu gün fakültədə 33 ixtisas üzrə 88 rezident təhsil alır. Ümumilikdə isə bu günədək rezidentura üzrə məzun sayı 109 nəfər təşkil edib. Tələbə və rezident məzunlar arasından isə 226 nəfəri xarici ölkə vətəndaşı olub”. Fakültənin məzunlarının dünyanın dörd bir yanında peşəkar həkimlər və alimlər olaraq fəaliyyət göstərdiyini, ölkəmizi layiqincə təmsil etdiyini qeyd edən rektor, Tibb fakültəsinin region üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb, bütün inkişaf dövlərində dövlət dəstəyinin olduğunu diqqətə çatdırıb.

Rektor Elbrus İsayev dövlət başçısının 2023-cü il 5 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ı haqqında Sərəncamı ilə Naxçıvan Dövlət Universitetində tibb elmləri proqramlarının tətbiqinin prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyini bildirib, bu əsasda universitetdə yaradılacaq Tibb kampusu barədə ətraflı məlumat verib. Rektor 2024-2025-ci tədris ilində Naxçıvan Dövlət Universitetinə bu ixtisas üzrə 21 nəfərin qəbul olunduğunu, ölkə universitetləri arasında da ilk dəfə “Tibb” ixtisası üzrə SABAH qrupları yaradıldığını vurğulayıb.

Sonra Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edib. Vurğulanıb ki, 25 il öncə Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılması gələcəyə hesablanmış tarixi hadisə idi. Rektor qeyd edib ki, Azərbaycan Tibb Universiteti və NDU arasında əlaqələr Əməkdaşlıq Memorandumu ilə rəsmiləşib, ortaq layihələr ilə davamlı möhkəmlənib.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov Tibb fakültəsinin fəaliyyətə başlamasının əhəmiyyətindən danışıb.

Videotəqdimatla çıxış edən Səmərqənd Dövlət Tibb Universitetinin rektoru, professor Cəsur Rzayev NDU ilə əməkdaşlığın davamlı fəaliyyətlərə yol açdığını ifadə edib.

Qarabağ Universiteti klinikasının direktoru Samir Babayev NDU ilə işbirliyinin qurulmasını, Tibb fakültəsinin 25 il ərzində qazandığı təcrübələrin paylaşılmasını yüksək qiymətləndirib.

Türkdilli Dövlətlərin Tibb Cəmiyyətlər Birliyinin sədri Serkan Eroğlu, Sakarya Universitetinin Tibb fakültəsinin dekanı Fatih Altıntorpak, Naxçıvan Dövlət Universiteti Xəstəxanasının baş həkimi, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin məzunu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elmar Rzayev Tibb fakültəsinə fəaliyyyətində uğurlar arzulayıblar.

Sonra bir qrup həkimə fəxri adlar və nişanlar təqdim olunub.

Naxçıvan Dövlət Universitetinin incəsənət kollektivi və Tibb fakültəsinin tələbələrinin iştirakı ilə hazırlanmış bədii hissə təqdim edilib.

NDU-nun Tibb fakültəsinin 25 illik yubileyinə həsr edilmiş “Tibb təhsili: qabaqcıl təcrübələr və innovasiyalar” I Respublika elmi konfransda bölmə iclasları keçirilib.

Qeyd edək ki, konfrans çərçivəsində Naxçıvan Muxtar Respublikası Perinatal, Naxçıvan Sağlamlıq və Referans Naxçıvan Tibb mərkəzlərində ödənişsiz tibbi aksiyalar təşkil olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see270

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see248

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see237

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see172

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see172

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see160

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri