Icma.az
close
up
RU
MGHnin şöbəsində müayinələr yüksək dəqiqliklə həyata keçirilir

MGHnin şöbəsində müayinələr yüksək dəqiqliklə həyata keçirilir

Icma.az bildirir, Sia Az portalına istinadən.

Mərkəzi Gömrük Hospitalının müasir mikroskop və histoloji avadanlıqlarla tam təchiz olunmuş Patomorfoloji Diaqnostika şöbəsində histomorfoloji, sitoloji, histokimyəvi və immunohistokimyəvi müayinələr yüksəkixtisaslı həkim-patomorfoloqlar tərəfindən həyata keçirilir. SİA xəbər verir ki, patomorfoloji müayinə toxuma və orqanlarda mövcud olan patoloji prosesi hüceyrə səviyyəsində müəyyən etmək üçün insan orqanizminin ətraflı öyrənilməsi üsuludur. Bu müayinələr xəstəliyin diaqnostikası, mərhələsinin müəyyən edilməsi, differensial diaqnostika, müalicə taktikası və istiqamətinin təyini, kimyəvi dərman və radiasiya müalicəsi zamanı terapevtik effektivliyin təyin edilməsində böyük əhəmiyyət kəsb edir. Histoloji analiz üçün material vizual nəzarət altında: endoskopiya, ultrasəs, KT, MRT və ya əməliyyat zamanı biopsiyadan istifadə etməklə əldə edilir. Mədə-bağırsaq traktının endoskopik müayinəsi zamanı biopsiya standart diaqnostik prosedurdur. Patomorfoloji diaqnostik müayinələr həm şiş/neoplastik proseslərdə, həm də qeyri-şiş iltihabi patologiyalar zamanı aparılır. Əməliyyat sırasında aparılan təcili müayinələr zamanı toxumalar Leica Frozen cihazı ilə kəsilib hazırlanır. Geniş spektrumda immunohistokimyəvi boyamalar həm manual, həm də Leica BOND Max Biosystem cihazı ilə həyata keçirilir. Materialların ümumi işlənməsində hermetik biosistemdən istifadə olunur. Patomorfoloji laboratoriyada spesimenlər Leica CM 1100 (Almaniya), Sacura ACCU-CUT (Yaponiya) mikrotomlarda kəsilir, Nikon Eclipse 50 İ mikroskoplarda vizual müayinələr aparılır. Histoloji, histokimyəvi və immunohistokimyəvi tədqiqatlarda İtaliya və Almaniya istehsalı olan reaktivlərdən istifadə edilir.

Patomorfoloji Diaqnostika şöbəsinin rəisi, uzman patomorfoloq Zərifə Yusifli, patomorfoloqlar Müqabil Şıxaliyev və Emin Mirzəyev müayinələri yüksək dəqiqliklə həyata keçirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Dekabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri