Icma.az
close
up
RU
Miçiqan Dövlət və İstanbul Boğaziçi universitetlərinin alimləri BDU da ustad dərsi keçiblər

Miçiqan Dövlət və İstanbul Boğaziçi universitetlərinin alimləri BDU da ustad dərsi keçiblər

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 1 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının təşəbbüsü ilə Miçiqan Dövlət Universitetinin professoru Duqlas K. Hartman, İstanbul Boğaziçi Universitetinin Təhsil fakültəsinin dekanı doktor Dilək Altun tələbələrə “Universitet müəllimlərinə səlahiyyət verən süni intellektlə təkmilləşdirilmiş peşəkar inkişafın layihələndirilməsi” mövzusunda ustad dərsi keçiblər.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Professor Duqlas K. Hartman çıxışında süni intellekt texnologiyalarının təhsil sahəsində tətbiqinin müasir dövrdə əsaslı dəyişikliklərə səbəb olduğunu vurğulayıb. O bildirib ki, bu texnologiyalar təhsilin keyfiyyətini artırmaq və təlim prosesini inkişaf etdirmək üçün geniş imkanlar yaradır. Miçiqan Dövlət Universitetində tələbələrin dərs prosesində ChatGPT və digər süni intellekt proqramlarından istifadə etdiklərini qeyd edən professor tələbələrin bu vasitələrlə qarşılıqlı əlaqədə olarkən əldə etdikləri nəticələri qiymətləndirdiklərini bildirib. Süni intellektin, xüsusilə də ChatGPT və digər modellərin tələbələrin müzakirələrini faktların dəqiqliyi, mövzunun dərindən mənimsənilməsi, terminologiyanın düzgün istifadəsi, dinləmə bacarıqları və konstruktiv mübahisə kimi əsas parametrlər üzrə qiymətləndirməyə imkan verdiyini əlavə edib.

Dilək Altun isə çıxışında süni intellektin məktəbəqədər və məktəbyaşlı uşaqlarda yaratdığı müsbət və mənfi təsirlərdən danışıb. O, bəzi oyun proqramlarının uşaqlarda müsbət cəhətlər formalaşdırdığını qeyd edərək, oyunların seçimində yaş həddinin nəzərə alınmasının vacibliyini vurğulayıb. Dilək Altun, həmçinin kiçik yaşlı uşaqlarda elektron və səsli kitablara marağın artdığını, bu səbəbdən valideynlərin kitab janrlarını düzgün seçməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Mühazirəçilər süni intellektin təhsil sisteminə tətbiqinin tədris prosesini əsaslı şəkildə dəyişdirdiyini vurğulayıblar. Bu dəyişikliklərə uyğunlaşmaq və təhsil sistemini inkişaf etdirmək üçün təhsil siyasətlərinin yenidən nəzərdən keçirilməsi və müəllimlərin peşəkar inkişafının önəmi qeyd olunub. Süni intellektin düzgün tətbiqi təhsildə daha effektiv, əhatəli və maraqlı imkanların yaranmasına səbəb ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see191

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see166

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see135

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see125

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri