Qazaxıstanın Almatı Dövlət Universitetinin magistrantları BDU da elmi təcrübə keçiblər
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 1 may, AZƏRTAC
Qazaxıstanın Almatı Dövlət Universitetinin Informatika ixtisası üzrə magistrantları Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika kafedrasında elmi təcrübə keçiblər.
BDU-dan AZƏRTAC-a bildirilib ki, 14 gün davam etmiş təcrübə müddətində Almatı Dövlət Universitetinin magistrantları Danıyar Aben, Laura Taskul, Asem Suleymanxan, Abdulazizxan Vafayev, Akbota Şaqirova kafedranın dosentləri Sevinc Rəsulova və Nazlı Həsənovanın dərslərində, kafedranın elmi seminarlarında və II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirələrində iştirak ediblər. Onlar universitetin tədris-elmi infrastrukturu, Elmi Kitabxanası, muzeyləri, “Eko Məkan”ı ilə də tanış olublar.
Sonda universitet rəhbərliyi tərəfindən qonaqlara sertifikatlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 01 May 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















