Icma.az
close
up
RU
Microsoft 1 gün sonra Windows 10 a dəstəyi dayandırır

Microsoft 1 gün sonra Windows 10 a dəstəyi dayandırır

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tədqiqatçılara görə, təxminən 400 milyon kompüter hələ də Windows 10 əməliyyat sistemi ilə işləyir. Microsoft 14 oktyabrda Windows 10-a dəstəyi dayandırır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Dünyanın milyonlarla istifadəçisi üçün bu ciddi problemə çevriləcək, çünki Public Interest Research Group məlumatına əsasən, hələ də təxminən 400 milyon kompüter Windows 10-da işləyir. Bu kompüterlərin bir hissəsi Windows 11-ə keçə bilməyəcək, çünki sistemin tələbləri çox sərtdir xüsusilə TPM 2.0 modulu və müasir prosessor tələb olunur.

Omdia analitiklərinin qiymətləndirməsinə görə, korporativ kompüterlərin yarısı texniki baxımdan yenilənməyə hazır deyil. Microsoft xəbərdarlıq edir ki, dəstəklənməyən cihazlara Windows 11-in quraşdırılması sabitlik və uyğunluq problemlərinə səbəb ola bilər.

Windows 10 istifadəçiləri nə etməlidir

1. Kompüterin Windows 11 üçün hazır olub-olmadığını yoxlayın

Microsoft-un rəsmi saytından PC Health Check proqramını yükləyin. Proqram sisteminizin Windows 11 tələblərinə cavab verib-vermədiyini göstərəcək. Əgər nəticə mənfidir, alternativ olaraq WhyNotWin11 kimi üçüncü tərəf utilitalardan istifadə edə bilərsiniz.

2. Əgər yenilənmə mümkün deyilsə, qorunmanı bir il uzatmaq olar

Bunun üçün ESU (Extended Security Updates) proqramına qoşulmaq lazımdır. Bunu Windows Update vasitəsilə birbaşa etmək mümkündür. Avropa sakinləri üçün bu abunə ödənişsiz təqdim edilir.

3. Alternativləri nəzərdən keçirin

Əgər kompüter çox köhnədirsə, iki seçim var:

Tiny11 əlavə xidmətlərsiz, yüngülləşdirilmiş Windows 11 versiyasını quraşdırmaq;

"Linux"a keçid Ubuntu və ya Mint kimi müasir distributivlər hətta zəif kompüterlərdə də sabit işləyir.

4. Ehtiyat nüsxə yaradın

Hər hansı dəyişiklikdən əvvəl yeniləmə, yeni əməliyyat sistemi quraşdırılması və ya ESU-ya keçiddən öncə bütün vacib fayllarınızı OneDrive, Google Drive və ya xarici yaddaş qurğusuna köçürün.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri