Icma.az
close
up
RU
Microsoft 2 ci səviyyəli kvant kompüteri yaradır

Microsoft 2 ci səviyyəli kvant kompüteri yaradır

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Amerika şirkəti "Microsoft"-a rəhbərlik edən Satya Nadella kvant kompüterlərini "bulud texnologiyalarının növbəti böyük sürətləndiricisi" adlandırıb. O, bu barədə 2025-ci ilin dördüncü rübünün maliyyə nəticələrinin təqdimatı zamanı söz açıb.
Reyting.az
-ın məlumatına görə, "Microsoft" rəhbəri bildirib ki, onlar sadə sözlərlə kifayətlənməyiblər və boş vədlər verməyiblər.
Bildirilir ki, dünya şöhrətli şirkət nəhəng "Atom Computing" kompaniyası ilə birlikdə dünyada ilk və eyni zamanda tam funksional ikinci səviyyəli kvant kompüterini yaratmaq ərəfəsindədirlər. Nadellanın sözlərinə görə, kompüterin yığılmasına payızda başlanacaq. Üstəlik, bu sistem 50 loqiki və 1200-dən çox fiziki kubitə sahib olacaq.
Şirkət rəhbəri daha sonra vurğulayıb ki, onlar üçün bu yeni kəşf, həm də çox böyük bir texnoloji sıçrayış olacaq, çünki qurğu öz səviyyəsində ilk komersiya baxımından əlçatan həll kimi real biznes tapşırıqları üçün tamamilə yararlı olacaq. Həmçinin heç bir yanlışlığa yol verməyəcək.
"Microsoft" şirkəti neytral atomlar, səhv düzəltmə texnologiyasına üstünlük verir, halbuki "Google" və "IBM" kimi rəqiblər başqa yanaşmalardan istifadə edirlər. Bu isə eyni zamanda praktiki tətbiq üçün tələb olunan sistem sabitliyi, həmçinin dayanıqlığını əldə etməyə imkan verir.

Rəhbərlik bildirib ki, həm də belə bir böyük şirkətin maliyyə nəticələri də təsirlidir. 2025-ci ilin dördüncü rübündə "Microsoft" şirkətinin ümumi gəliri 76,44 milyard dollar və hər səhmə düşən mənfəəti isə 3,65 dollar olub. Bu uğurlar fonunda şirkət məlumat emalı mərkəzlərinin inkişafına 30 milyard dollar investisiya yatıracağını elan edib.
Hər bir belə mərkəz artıq mayesoyutma ilə təchiz olunub, həm də süni intellektlə yanaşı kvant hesablamalarının yükünə də hazırdır. Satya Nadellanın dediklərini incələyən amerikalı analitiklərin fikrincə, "Microsoft"-un kvant texnologiyalarına yönəlməsi informasiya texnologiyaları sahəsində qlobal dəyişiklik yaradacaq və iri investisiyalar cəlb edəcək.
Ekspertlər bildiriblər ki, şirkətin sürətli inkişafını və bulud texnologiyalarına yeni həllərə marağın artacağını gözləyirlər.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Avqust 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri