Microsoft uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atdı
Icma.az bildirir, Banco.az portalına istinadən.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın texnologiya nəhəngi "Microsoft" süni intellekt dövründə uşaqları və gəncləri onlayn mühitdə qorumaq məqsədilə “Təhlükəsiz Əlaqə Çərçivəsi”ni istifadəyə verdiyini açıqlayıb.
Banco.az xəbər verir ki, şirkət yeni çərçivə ilə uşaqların və ailələrin rəqəmsal təhlükəsizliklə texnologiyanın təqdim etdiyi imkanlar arasında seçim etmək məcburiyyətində qalmamasını hədəfləyir.
Microsoft-un açıqlamasında bildirilir ki, gənclərin süni intellektin yaratdığı imkanlardan təhlükəsiz şəkildə faydalanmasına şərait yaratmaq, eyni zamanda onların məxfiliyini qorumaq əsas məqsədlərdəndir.
Yeni çərçivə üç əsas istiqamət üzərində qurulub. Bunlar “dizaynla təhlükəsizlik”, “yaşa görə fərqləndirilmiş təcrübələr” və “təhsil” prinsipləridir.
Yeni qaydalara əsasən, Microsoft-un süni intellekt köməkçisi Copilot-dan istifadə üçün artıq hesaba daxil olmaq tələb olunacaq. Bununla yanaşı, platformaya giriş 13 yaşdan kiçik uşaqlar üçün məhdudlaşdırılıb.
Şirkət həmçinin Bing axtarış sistemində zərərli məzmunun qarşısının alınması üçün filtrlərin gücləndirildiyini bildirib. Bundan başqa, tərtibatçılara istifadəçilərin yaşını daha etibarlı şəkildə yoxlamağa imkan verən “Windows Age API” adlı yeni tətbiq proqramlaşdırma interfeysi istifadəyə verilib.
Şirkət vurğulayıb ki, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması üçün təkcə texnologiya kifayət deyil. Bu məqsədlə süni intellekt təhlükəsizliyi institutları, hökumətlər, təhsil işçiləri və vətəndaş cəmiyyəti təşkilatları ilə qlobal əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 11 Sentyabr 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















