Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Nyu-York, 23 sentyabr, AZƏRTAC
Formalaşmaqda olan çoxqütblü dünyanın çoxtərəfli sistemə inteqrasiyası beynəlxalq ictimaiyyət qarşısında duran əsas vəzifələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu BMT Baş katibinin müavini və BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda təşkil etdiyi XXXVII Yüksəksəviyyəli Görüşdə çıxışı zamanı bildirib.
Moratinos beynəlxalq münasibətlərin beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmət üzərində qurulmasının vacibliyini qeyd edib.
“Güc həmişə ölkələr arasındakı münasibətləri formalaşdırıb. Əsas məsələ bütün dövlətlərin beynəlxalq hüquqa hörmət etməsi, böyük və ya kiçik olmasından asılı olmayaraq hər bir ölkənin onun müdafiəsinə arxalana bilməsidir. Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir. Ölkələrin fikir ayrılıqlarını idarə etməsinə kömək edəcək effektiv institutlara və diplomatiyaya şans verməyə hazır olan liderlərə ehtiyac var”, - deyə o bildirib.
BMT rəsmisi böhranlara yalnız zorakılıq və humanitar itkilər artdıqdan sonra müdaxilə edilməsinin kifayət etmədiyini vurğulayıb: “Biz dialoqa, vasitəçiliyə və preventiv tədbirlərə daha erkən mərhələdə sərmayə qoymalıyıq. Razılaşma çox uzaq görünsə belə, kommunikasiya gərginliyi azalda və yanlış anlaşılmaların qarşısını ala bilər. İlkin öhdəliklər yerinə yetirildikdə isə bu, sonrakı irəliləyiş üçün etimad yarada bilər”.
Moratinos süni intellektin imkanlarla yanaşı bərabərsizlik, qərəzlilik, etik problemlər yaratdığını bildirərək onun inkişafının insan mühakiməsi və insan hüquqları əsasında istiqamətləndirilməli olduğunu vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 23 Sentyabr 2026 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















