Icma.az
close
up
RU
Öskürəyə qarşı xalq təbabəti üsulları VİDEO

Öskürəyə qarşı xalq təbabəti üsulları VİDEO

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Həkimlər deyir ki, öskürək soyuqdəymə zamanı ən tez əmələ gələn və ən gec keçən simptomdur.

Saglamolun.az bildirir ki, həkim təyin etdiyi müalicə ilə yanaşı xalq təbabəti üsullarından istifadə etməklə siz öskürəkdən daha tez qurtula bilərsiniz.

Təbii ki, istənilən xalq təbabəti üsullarından istifadə etdikdən əvvəl sizi müalicə edən həkimlə məsləhətləşin!

- Süd çox yaxşı bəlğəmgətirici xüsusiyyətlərinə malikdir. Öskürək zamanı gün ərzində 2-3 stəkan ilıq süd için.

- 1/2 stəkan ilıq süd 1/2 stəkan borjomi mineral suyu ilə qarışdırın və gün ərzində 2-3 stəkan olmaqla için.

- 2 stəkan süddə 10 dəqiqə ərzində vam odda bağlı qabda 3 dənə quru əncir qaynadın və qəbul edin.

- 250 suya 1 çay qaşığı bal, 1 xörək qaşığı cirə toxumları və 1 çimdik duz əlavə edin, 5 dəqiqə ərzində qaynadın və süzün. Gün ərzində kiçik qurtumlarla qəbul edin.

- 1 stəkan süddə 10 dəqiqə ərzində vam odda bağlı qabda 1 çay qaşığı gülxətmi və 1 çay qaşığı adaçayı otları qaynadın, süzün və ilıq vəziyyətdə qəbul edin.

- Axşamdan iri baş soğan doğrayın, piyaləyə yığın və üzərinə 2 xörək qaşığı şəkər tozu əlavə edin. Növbəti gün soğandan çıxan şirəni için.

- Qara turpun ortasını oyun, içinə 2 çay qaşığı səkər tozu tökün və saxlayın. Səhər əmələ gəlmiş şirəni için.

- 1 çay qaşığı biyan kökü, 1 çay qaşığı dəvədabanı, 1 çay qaşığı bağayarpağı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin.

- 3-4 sm uzunluqda zəncəfil kökünü sürtgəcdən keçirin, 250 ml isti suda yarım saat dəmləyin, süzün, limon və bal  əlavə edib için.

- İsti ayaq vannaları da öskürəklə mübarizədə yaxşı kömək edir. Axşam yatmazdan əvvəl isti ayaq vannası qəbul edin (ayaqlarınız topuğa kimi isti suda olmalıdır), ayaqlarınıza pambıq corab geyinin və yatın. Allergiya yoxdursa, corablara quru xardal tökün.

- 1 xörək qaşığı üzüm sirkəsi, 1 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı kamfora yağı qarışdırılır, qalın pambıq əskiyə çəkilir və kompres şəklində xəstənin döş qəfəsinə qoyulur. Üstündən yun şərflə bağlayın və bu kompreslə yatın.

- 1 xörək qaşığı un, 1 xörək qaşığı quru xardal, 1 xörək qaşığı günəbaxan yağı, 1 xörək qaşığı bal, 1 xörək qaşığı arağı qarışdırın və su hamamında qarışdıra-qarışdıra isindirin. Alınmış kütləni pambıq əskiyə çəkin və xəstənin döş qəfəsinə qoyun. Üstündən polietilen plyonka ilə örtün, isti şərflə bağlayın və bu kompreslə yatın.

Kompresləri yalnız xəstədə hərarət normada olduqda istifadə etmək olar.

Sadaladığımız vasitələrin birini və bir neçəsini istifadə edə bilərsiz, Məsələn, gün ərzində dəmləmə, axşam kompres və yatmazdan əvvəl ayaq vannaları.

İstənilən vasitəni istifadə etdikdən əvvəl həkimlə məsləhətləşməniz zəruridir!

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:1509
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 00:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri