Mikayıl Cabbarov Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında paylaşım edib:
"Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşdə işgüzar dairələr arasında əlaqələrin inkişafı perspektivlərini müzakirə etdik. Azərbaycanın əlverişli biznes və investisiya mühitinin alman şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsinə yaratdığı imkanları vurğuladıq. Görüş çərçivəsində Alman İqtisadiyyatının Şərq Komitəsi, AZPROMO və Alman-Azərbaycan Ticarət Palatası tərəfindən "Azərbaycan və Almaniya şirkətləri arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi" imzalandı. Sənədin icrası ikitərəfli iqtisadi-ticarət və investisiya əməkdaşlığının gücləndirilməsini, birgə təşəbbüslərin reallaşdırılmasını stimullaşdıracaq".
Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşdə işgüzar dairələr arasında əlaqələrin inkişafı perspektivlərini müzakirə etdik. Azərbaycanın əlverişli #biznes ve #investisiya mühitinin alman şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsinə yaratdığı… pic.twitter.com/HkALG6LpmE
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 30, 2025
Baxış sayı:108
Bu xəbər 30 May 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















