Mikayıl Cabbarov: Azərbaycan qazının Suriyaya ixracı bu ölkənin bərpasına töhfə verəcək VİDEO
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı bu ölkənin bərpasına öz töhfəsini verəcək".
"APA-Economics"in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi zamanı bildirib.
Onun sözlərinə görə, bu gün baş tutan mərasim birgə əməkdaşlıq nəticəsində hansı işlərin baş tuta biləcəyinin əyani göstəricisidir.
Nazirin onu da qeyd edib ki, Suriya bu gün normallaşma prosesinin başlanğıcını qoyur: "Çox qısa müddətdə bu prosesin reallaşması üçün böyük işlər görüldü. Bu hadisənin reallaşması birgə səylərin nəticəsidir. Bu layihənin icrası Türkiyənin dəstəyi olmadan baş tuta bilməzdi. Qardaş ölkə olaraq Suriyanın inkişafına və bərpasına birgə dəstək göstəririk. Bu, birgə əməkdaşlığın nəticəsində mümkün olub", - Mikayıl Cabbarov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 02 Avqust 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















