Icma.az
close
up
RU
Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb AZƏRTAC

Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb AZƏRTAC

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçlə görüşüb.

AZƏRTAC xəbər verir ki, M.Cabbarov bu barədə "X" hesabında paylaşım edib.

“Azərbaycanda güləşin inkişafı üçün görülən işləri qeyd etdik, gənc istedadların yetişdirilməsi, idmançılarımızın peşəkarlığının və beynəlxalq uğurlarının daha da artırılması ilə bağlı əməkdaşlığın inkişafını müzakirə etdik. Dünya Güləş Birliyinin qrapplinq, pankration və həvəskar MMA üzrə yeni yaradılan vahid komitəsinin rəhbərliyində Azərbaycan Güləş Federasiyasının təmsil olunmasının ölkəmizin güləş idmanına göstərilən yüksək etimadın göstəricisi olduğunu vurğuladıq” , - AGF rəhbəri bildirib.

seeBaxış sayı:25
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri