Mikayıl Cabbarov Viktor Parlikovla görüşüb
Oxu.az-dan verilən məlumata görə, Icma.az xəbər edir Mikayıl Cabbarov Viktor Parlikovla görüşüb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Moldovanın energetika naziri Viktor Parlikovla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında bildirib:
"Ölkələrimizin iqtisadi tərəfdaşlığının prioritet istiqamətləri, sənaye, energetika, nəqliyyat sahələrində birgə fəaliyyətin perspektivlərini müzakirə etdik.
Yaşıl enerjinin ixracı və investisiyaların təşviqi imkanları barədə fikirlərimizi bölüşdük".
#COP29 (@COP29_AZ) çərçivəsində Moldovanın energetika naziri Viktor Parlikovla (@VictorParlicov) ölkələrimizin #iqtisadi tərəfdaşlığının prioritet istiqamətləri, #sənaye, #energetika, nəqliyyat sahələrində birgə fəaliyyətin perspektivlərini müzakirə etdik. #Yaşılenerji-nin ixracı… pic.twitter.com/Qad97gPB39
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 15, 2024