Mikayıl Cabbarov: Yaşıl artım portalı yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İqtisadiyyat Nazirliyi və ABŞ-nin Harvard Universitetinin əməkdaşlığı əsasında hazırlanaraq COP29-da təqdim olunmuş "Yaşıl artım portalı" (https://growthlab.app/greenplexity) ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək.
"Report" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, Universitetin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausmanın rəhbərliyi ilə yaradılmış interaktiv alət yaşıl dəyər zənciri üzrə tədqiqat məlumatlarını əhatə edir.
"Portal karbonsuzlaşmaya xidmət edən yeni sənaye sahələrinin, yeni bazarların və inkişaf istiqamətlərinin formalaşmasını stimullaşdıracaq. Karbonsuz iqtisadiyyat üçün təchizatçı olmaq yaşıl artıma və qlobal emissiyaların azalmasına töhfə verəcək", - deyə nazir qeyd edib.
İqtisadiyyat Nazirliyi (@MinEconomyAZ) və @Harvard Universitetinin əməkdaşlığı əsasında hazırlanaraq #COP29-da (@COP29_AZ) təqdim olunan Yaşıl artım portalı (https://t.co/nLr2FSq7ch) ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək.… pic.twitter.com/3OVCSOuen8
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 27, 2024
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 27 Noyabr 2024 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















