Kamilə Dadaşzadə: Sanki Mikayıl Müşfiq Oxu tar ı Ramiz Quliyevin siması üçün yazmışdı
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Ramiz müəllimin xatirəsi hər birimizin qəlbində yaşayacaq".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə Xalq artisti Ramiz Quliyevin vida mərasimində deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan musiqi mədəniyyətinin epoxasının tamamlandığı bir dövrdə yaşayırıq:
"Ramiz Quliyevə vidada olmaq mədəniyyət epoxasının tamamlandığı gün deməkdir.
Onun yaradıcılığı tar sənətinə konseptual yanaşma ilə seçilirdi. Sanki Mikayıl Müşfiq "Oxu tar"ı Ramiz müəllimin siması üçün yazmışdı. Ramiz müəllim tarı elə ifa edirdi ki, o oxumurdu, sanki danışırdı.
Onun dəst-xətti daim Azərbaycan mədəniyyətində qalacaq. Xatirəsi qəlbimizdə hər zaman yaşayacaq".
Aygün Mirakif

