Icma.az
close
up
RU
Anqolanın ilk prezidenti niyə Moskvada öldü? Tarixin kulisi

Anqolanın ilk prezidenti niyə Moskvada öldü? Tarixin kulisi

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Gənc yaşlarından şair və publisist kimi məşhurlaşsa da, Aqostinyo Netonun adı tarixə mübariz siyasətçi, öz ölkəsinin qurtuluş savaşının öndəri, 1975-ci ildə müstəqilliyini əldə edən Anqolanın ilk prezidenti kimi düşüb. Təsadüfi deyil ki, bu gün də Anqolada Aqostinyo Netonun doğum günü ölkədə rəsmi olaraq Milli Qəhrəman günü kimi qeyd edilir...
Kulis.az "Tarixin kulisi" layihəsi çərçivəsində
Anqolanın ilk prezidenti Aqostinyo Netonun mübarizəsi, qələbəsi və ölümü haqqında maraqlı faktları təqdim edir.

Aqostinyo Neto 1922-ci ildə Anqolanın Benqo əyalətində anadan olub. Neto ilk təhsilini Anqolanın paytaxtı Luandada alıb. Orta təhsilini başa vurduqdan sonra bir müddət dövlət tibb müəssisələrində çalışıb. Həmin ərəfədə o, milli mədəni birliklərin yaradılmasında fəal iştirak edib, eyni zamanda ədəbiyyat sahəsində öz yaradıcılığı ilə fərqlənib.

Neto təhsilini artırmaq üçün 1947-ci ildə Portuqaliyaya köçüb və Lissabon Coimbra Universitetinin tibb fakültəsində oxuyub. Onun siyasi fəaliyyətə başlaması da bu vaxta təsadüf edib. Neto Portuqaliyada mövcud hakimiyyətin rejiminə qarşı çıxan Portuqaliya Birləşmiş Demokratik Hərəkatının gənclər seksiyasının fəal üzvlərindən birinə çevrilib və siyasi baxışlarına görə bir neçə dəfə həbs olunub.

1950-ci illərin əvvələrində Anqolada Portuqaliyanın müstəmləkəçilik siyasətinə qarşı mübarizə başlananda yaradıcılarından biri də Netonun olduğu və sonralar sədri seçildiyi Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatı həm siyasi, həm də hərbi müstəvidə əsas qüvvə olub. Netonun yaratdığı partizan dəstələrinin sıraları günü-gündən genişlənərək Anqolada nəzarət coğrafiyasını daha da böyüdüblər.

Sözsüz ki, Portuqaliyanın müstəmləkəsindən çıxmaq mövcud dövr üçün mürəkkəb məsələ olub və bu məsələdə beynəlxalq münasibətlər mühüm rol oynayıb. Bu məqsədlə Neto 1962-ci ildə Vaşinqtonda ABŞ prezidenti Con Kennedi ilə görüşüb, qurtuluş savaşı üçün ondan kömək istəyib.
Kennedi Netoya dəstək verməyib. Amerika Anqola Milli Azadlıq Cəbhəsinin lideri Xolden Roberto ilə əməkdaşlığa daha çox üstünlük verib.

Həm xaricdən olan təzyiqlər, həm də daxili çəkişmələr Netonun mübarizə əzmini sındıra bilməyib. Mövqelərini inamla möhkəmləndirən siyasətçi şair zaman-zaman Anqolanın müstəqilliyinə doğru inamla addımlayıb. Təhdidlər, həbslər Netonu yolundan çəkindirə bilməyib.

Nəhayət, 15 yanvar 1975-ci ildə Neto Portuqaliyanın yeni hökuməti ilə Anqolaya müstəqillik verilməsi haqqında müqavilə imzalamağa nail olub. 11 noyabr 1975-ci ildə Anqola öz müstəqilliyini elan edəndə Neto bu ölkənin ilk prezidenti seçilib. O, ilk bəyanatında Anqolada sosializm quruculuğu kursunu bəyan edib.

Bu ərəfədə Anqolada vəziyyət heç də ürəkaçan olmayıb, bütün sahələrdə böhran hökm sürüb, ölkə müstəqilliyini əldə etdikdən sonra Portuqaliyadan olan mütəxəssislər Anqolanı tərk ediblər, iqtisadiyyat ağır duruma düşüb, digər tərəfdən, müxalif qüvvələr ölkədə iğtişaşlar yaratmağa cəhd ediblər.

Antikommunist qruplar ABŞ-ın köməyi ilə Anqolada çevriliş etməyə çalışıblar, Anqolaya Zair və Cənubi Afrika Respublikasının qoşunları yeridilib. Bu mürəkkəb şəraitdə Neto kömək üçün SSRİ və Kubaya müraciət edib. Moskva Anqolaya hərbi mütəxəssislərini, Kuba isə hərbi kontingentini göndərib. Məhz bu köməyin nəticəsində bir ildən sonra Anqolada qismən də olsa stabillik yaranıb.
Amma vətəndaş müharibəsi təhlükəsi yenə də sovuşmayıb.

Neto növbəti dəfə də kömək üçün SSRİ-yə müraciət edib. O, Moskvaya səfəri zamanı Leonid Brejnevlə görüşüb. Onlar baş verən hadisələri ətraflı təhlil ediblər. Brejnev Netodan öz köməyini əsirgəməyib. Daha sonra Netonun Kuba lideri Fidel Kastro ilə də görüşləri keçirilib. Netonun hakimiyyətdə qalmasında Fidel Kastro və Kuba hərbi kontingentinin böyük rolu olub.

Gərgin həyat tərzi, siyasi və silahlı mübarizələr Netonun səhhətində ciddi problemlər yaradıb. 1978-ci ildə Anqola prezidentində xərçəng xəstəliyi aşkar edilib. Bir müddət öz ölkəsində müalicələr alsa da, Netonun sağlıq durumunda heç bir müsbət irəliləyişə nail olunmayıb.

1979-cu ilin yayında Neto ilə Brejnevin telefon danışığı zamanı sovet lideri onu müalicə üçün SSRİ-yə dəvət edib. Anqola prezidenti bu təklifi qəbul edib. Həmin ilin sentyabrın əvvəllərində Neto Moskvaya gedib.
Müayinələrindən sonra konsiliumun gəldiyi son nəticə cərrahiyyə əməliyyatının zəruriliyi olub. Bu haqda Anqola prezidentini də məlumatlandırıblar.
Neto yazılı şəkildə əməliyyat olunmasına razılıq verib.

Əməliyyatı SSRİ-nin ən tanınmış cərrahları aparsa da, Netonu xilas etmək mümkün olmayıb. 56 yaşlı prezident 10 sentyabr 1979-cu ildə əməliyyatdan sonra Moskvada vəfat edib.

Aqostinyo Neto Anqolanın paytaxtı Luandada onun üçün hazırlanmış xüsusi mavzoleydə dəfn edilib.
Əvvəllər də bir neçə kitabı çap olunmuş Netonun vəfatından sonra “Müqəddəs ümid” adlı şeirlər kitabı işıq üzü görüb.

Qeyd edək ki, Neto bir çox ölkələrin ali mükafatları ilə təltif edilib. Neto o cümlədən “Lenin” ordeninə də layiq görülüb. 1977-ci ildə isə xalqlar arasında sülhü möhkəmlətməyə görə Anqolanın ilk prezidenti beynəlxalq Lenin mükafatının laureatı olub.

İlham Cəmiloğlu

Şanlıurfada sirli məzar "Ayaz Salayevin rus dilindən başqa heç nəyi yoxdur" - Şərif Ağayar Yad tanış adam - Nəriman Əbdülrəhmanlının yeni hekayəsi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://kulis.az
archiveBu xəbər 03 Aprel 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri