Icma.az
close
up
RU
“Milan” Avropadan kənarda qaldı!

“Milan” Avropadan kənarda qaldı!

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

A seriyasının 37-ci turundan sonra da çempionluq yarışında intriqa davam etdi. Səbəb həm “Napoli”, həm də “İnter”in iki xal itirməsi ilə bağlı oldu.

Nəticədə skudettoya iddiaçılar arasındakı minimal xal fərqi qorundu. Deməli, çempion sonuncu turda məlum olacaq!
“Napoli” üçün “Parma” ilə səfər oyununun asan keçməyəcəyi məlum idi. Meydan sahibləri A seriyasındakı yerini qorumaq üçün ən pis halda bir xala ehtiyac duyurdular. Kristian Kivunun komandası uduzmamaq üçün əlindən gələni etdi və sonda istəyinə çatdı.
Antonio Kontenin komandasının bəxtindən, skudettoya digər iddiaçı da turu xal itkisi ilə başa vurdu. “İnter” “Latsio” ilə ev oyununda iki dəfə hesabda önə keçsə də, sonda heç-heçəyə razılaşmalı oldu. Rəqib Çempionlar Liqasına (ÇL) vəsiqə üçün son şanslarından yararlanmağa çalışmaqla milanlıların liderliyi ələ keçirməsinə imkan vermədi. Beləliklə, Simone İnzaqinin komandasının bir neçə gündən sonra çempion titulunu itirmək təhlükəsi daha da artdı.
Turun mərkəzi oyunlarından biri paytaxtda baş tutdu. Yerli “Roma” ÇL-ə vəsiqə şansını davam etdirmək üçün “Milan”a qalib gəlməli idi. Klaudio Ranyerinin komandası Santyaqo Ximenesin 21-ci dəqiqədə qırmızı vərəqə almasından da yararlanmaqla 3:1 hesablı qələbə qazandı. Məğlubiyyət “Milan”ı Avropadan kənarda qoydu: İtaliyanın ən titullu 2-ci komandası 2019-cu ildən sonra ilk dəfə qitə kuboklarında oynamayacaq!
37-ci tur
Cenoa – Atalanta 2:3

Pinamonti, 37; 58 – Sulemana, 47. Maldini, 63. Retegi, 89. (31929)
Atalanta: Patrisio, De Roon, Hin, Kossunu, Rucceri (Bellanova, 56), Palestra (Zappakosta, 74), Breşianini (Paşaliç, 74), Sulemana (Ederson, 81), Samarciç, Maldini (De Ketelare, 74), Retegi.
Parma – Napoli 0:0
(51250).
Napoli: Meret, Olivera, Rrahmani, Di Lorentso, Spinatsola (Matsokki, 86), Zambo Angissa, Gilmor (Billinq, 69), Maktominey, Politano (Nqonq, 80), Raspadori (Neres, 69), Lukaku (Simeone, 80).
İnter – Latsio 2:2
Bissek, 45+2. Dyumfris, 79 – Pedro, 72; 90-p. (60200)
İnter: Zommer, Bissek, Açerbi, Bastoni (Zalevski, 90+1), Dimarko (Auqusto, 69), Dyumfris, Barella, Mxitaryan (Zyelinski, 61), Çalhanoğlu (Arnautoviç, 90+1), Taremi (Korrea, 56), Türam.
Latsio: Mandas, Tavareş (Hüsay, 65), Xila (Jiqo, 90+7), Romanyoli, Maruşiç, Rovella, Vesino, Genduzi, Dia, İsaksen (Pedro, 53), Kastelyanos.
Yuventus – Udineze 2:0
Qonsales, 61. Vlahoviç, 88. (24990)
Yuventus: Di Qreqorio, Veyqa, Kelli, Koşta, Kambyaso (Vea, 73), Lokatelli, Makkenni (Duqlas Luis, 81), Konseysao (Mbanqula, 90+2), Yıldız (Aciç, 90+2), Qonsales, Kolo Muani (Vlahoviç, 73).
Roma – Milan 3:1
Mançini, 3. Paredes, 58. Kristante, 87 – Feliş, 39. (74283)
Roma: Svilar, Çelik, Ndika, Mançini, Anxelinyo, Kone, Paredes (Rensx, 78), Kristante, Salemakers (Baldantsi, 84), Sule (Qurna Duat, 78), Şomurodov (Əl-Şaaravi, 84).
Milan: Menyan, Tomori, Qabbya (Sottil, 84), Pavloviç, A.Ximenes (Fofana, 65), Musa, Reynders, Loftus-Çik (Yoviç, 64), Feliş (Leao, 66), Pulişiç (F.Terraçano, 90), S.Ximenes.
Fiorentina – Bolonya 3:2
Parizi, 13. Riçardson, 67. Ken, 84 – Dallinqa, 61. Orsolini, 79. (27970)
Fiorentina: De Xea, Komutso (Ponqraçiç, 39/ Kolpani, 87), Mari, Ranyeri, Parizi, Mandraqora, Riçardson, Dodo, Facoli (Ndur, 90+1), Qosens, Ken.
Bolonya: Skorupski, Miranda, Lukumi, Kazale, Kalabriya (Moro, 80), Fröyler (Holm, 80), Ferqyuson, Kambyaqi (Dominges, 56), Fabbian (Orsolini, 56), Ndoy, Kastro (Dallinqa, 46).
Kalyari – Venetsiya 3:0
Mina, 11. Pikkoli, 41. Deyola, 71. (9713)
Verona - Komo 1:1
Lazoviç, 69 Kakre, 29. (10470)
Montsa – Empoli 1:3
Birindelli, 30 - Kolombo, 49. Viti, 51. Pitsinyakko, 59-öz qapısına. (18376)
Leççe – Torino 1:0
Ramadani, 46. (24277)
1. Napoli 37 23 10 4 57-27 79
2. İnter 37 23 9 5 77-35 78
3. Atalanta 37 22 8 7 76-34 74
4. Yuventus 37 17 16 4 55-33 67
5. Roma 37 19 9 9 54-35 66
6. Latsio 37 18 11 8 61-48 65
7. Fiorentina 37 18 8 11 57-39 62
8. Bolonya 37 16 14 7 56-44 62
9. Milan 37 17 9 11 59-43 60
10. Komo 37 13 10 14 49-50 49
11. Torino 37 10 14 13 39-43 44
12. Udineze 37 12 8 17 39-53 44
13. Cenoa 37 9 13 15 34-48 40
14. Kalyari 37 9 9 19 40-54 36
15. Verona 37 9 7 21 32-65 34
16. Parma 37 6 15 16 41-56 33
17. Leççe 37 7 10 20 26-58 31
18. Empoli 37 6 13 18 32-57 31
19. Venetsiya 37 5 14 18 30-53 29
20. Montsa 37 3 9 25 28-67 18
Bombardirlər: Retegi (Atalanta) - 25, Ken (Fiorentina) - 18, Lukman (Atalanta) - 15, M.Türam (İnter), Orsolini (Bolonya) - 14.
Turun rəqəmi
25 - “Atalanta”ya “Cenoa” üzərində qələbəni Retegi bəxş etdi. O, bu mövsüm çempionatda 25-ci qolunu vurmaqla bombardirlərin siyahısında liderliyini bir qədər də möhkəmləndirdi. Mateo “Atalanta”da A seriyasının 1996/97 mövsümündə 24 dəfə qapıya yol tapan Filippo İnzaqinin rekordunu yenilədi. 25 yaşlı hücumçunun mövsüm ərzində qara-göy formada meydana çıxdığı 48 matçda 28 qol vurub 8 məhsuldar ötürmə verdiyini da qeyd edək.
Turun ulduzu
Pedro Rodriges (Latsio) - 53-cü dəqiqədə meydana çıxan veteran futbolçu komandasına çətin səfər oyununda xal qazandırdı. Əvvəlcə Vesinonun ötürməsi ilə hesabı bərabərləşdirən Pedro son dəqiqələrdə penalti ilə “İnter”i qələbədən etdi. 37 yaşlı ispaniyalının bu mövsüm A seriyasında 29 oyuna 10 qol vurduğunu da qeyd edək.
Turun sitatı
Antonio Konte, “Napoli”nin baş məşqçisi:

“Çempionluğa yaxınıq, bu hədəfə çatmaq üçün sonuncu addımı atmalıyıq. Hədəfimizi doğma azarkeşlərimiz qarşısında həyata keçirməliyik. Bu mövsüm bir çox çətinlikərlə qarşılaşdıq, amma heç vaxt nədənsə şikayətlənmədik. Skudettonu qazanmaq mövsüm ərzində sərf etdiyim enerjinin əvəzini verərdi. Çox yorulmuşam. Neapol futbol ehtirası və istəyinin hökm sürdüyü şəhərdi. Amma eyni zamanda hərdən real imkanları aşan çox yüksək tələblərin irəli sürüldüyü yerdi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 May 2025 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see666

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see361

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see218

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see194

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see187

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see171

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see171

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see170

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see168

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see167

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see165

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see164

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri