“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İtaliyanın “Milan” klubu hücumçusu Kristofer Nkunkunu əsas komandanın məşqlərindən kənarlaşdırıb.
QOL.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb. Fransalı futbolçu artıq baş məşqçi Ruben Amorimin planlarına daxil deyil.
Mənbənin məlumatına əsasən, Nkunku məşqçinin etimadını tamamilə itirib. “Milan” rəhbərliyi artıq onun klubdan ayrılması üzərində çalışır və həm tam transfer, həm də icarə variantını nəzərdən keçirməyə hazırdır.
28 yaşlı futbolçunun nümayəndələri artıq potensial yeni klublarla əlaqə saxlayırlar. Onunla bağlı İtaliya və digər Avropa ölkələrinin bir neçə komandası ilə danışıqlar aparılır.
Nkunku 2025-ci ilin yayında “Milan”a keçib. O, bu vaxtadək İtaliya klubunun heyətində 32 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
Fransa millisinin heyətində isə hücumçu 18 matç keçirib və 2 qol vurub. Onun “Milan”la müqaviləsi 2030-cu ilin yayına qədərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 14 Avqust 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















