“Milan”ın qapıçısından Avstraliyada keçiriləcək oyuna etiraz: “İtaliya çempionatı, niyə xaricdə oynayaq?”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Milan” və Fransa yığmasının qapıçısı Mik Meynyan A Seriyasının 24-cü turunda “rossonyerlər”in “Komо” ilə oyununu Avstraliyada keçirmək qərarını tənqid edib.
İdman.Biz "RMC Sport"a istinadən xəbər verir ki, o, həmkarı Adrien Rabyonu dəstəkləyib:
“Rabyonun fikirləri ilə tam razıyam. Hər şeyin maliyyə tərəfini düşünürük, amma İtaliya çempionatının oyununu niyə xaricdə oynamalı olduğumuzu anlamıram”.
Qeyd edək ki, daha əvvəl “Milan”ın yarımmüdafiəçisi Adrien Rabyo da bu qərarı tənqid etmişdi. Görüşün 2026-cı ilin fevralında Avstraliyanın Pert şəhərində keçirilməsi planlaşdırılır. Buna səbəb “San-Siro” stadionunun qış Olimpiya Oyunlarının açılış mərasimi üçün istifadəyə verilməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 13 Oktyabr 2025 05:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















