Icma.az
close
up
RU
Mili mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu Bərdə rayonunda tədbir keçirilib

Mili mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu Bərdə rayonunda tədbir keçirilib

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mili-mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu" adlı layihəsi çərçivəsində sonuncu, dördüncü tədbirini Bərdə Şəhər 5 saylı tam orta məktəbdə keçirib.
Öncə Azərbaycan dövlət himninin səslənib və ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
QHT sədri Könül Quliyeva tədbir iştirakçılarına layihə mövzusuyla bağlı məlumat verib.
O, qeyd edib ki, milli ideologiya, milli tarix, milli mədəniyyət, milli ədəbiyyat, mili özünüdərk, milli əxlaq, bir sözlə, milli olan bütün mənəvi sərvətlər milli dəyərlərdir. Hər bir xalqın milli dəyərləri onun milli mənəviyyat göstəricisidir. Bu mənəviyyatın qaynaqlandığı mənbə isə milli tarix və onun gerçəklikləri, milli adət və ənənələrdir: "Aydındır ki, hər bir azərbaycanlının xüsusi önəm verdiyi həyat həqiqətlərindən biri də ailədir. Azərbaycanlı psixologiyasında ailə faktoru digər xalqlarla müqayisədə daha dərin və uzunömürlüdür. Bizim üçün ailə müqəddəsdir; o, gücü, birliyi, iradəni təmsil edir. Təsadüfi deyil ki, bu və ya digər millətin təşəkkül tarixini, psixologiyasını, onun yaşam qayəsini öyrənmək üçün tədqiqatçılar ilk növbədə həmin millətin milli dəyər və adətlərini araşdırırlar. Odur ki, layihəmizin də məqsədi milli dəyərlərimizin təhlili zamanı məhz bu keyfiyyətlərlərimizin hər zaman özünü təsdiqləməsi üçün milli dəyərlərimizi ruhlandırmaq və milli kimliyimizə sahib çıxmaqdır".
Daha sonra Bərdə Şəhər 5 saylı tam orta məktəbin direktoru Teymur Həmidov, Bərdə Şəhər İcra hakimiyyətin nümayəndəsi Səbuhi Qasımov layihə mövzusuyla bağlı tədbir iştirakçıları ilə fikirlərini bölüşüblər.
Milli Mədəniyyətin Təbliği İB-nin sədri Jalə Cəfərova isə
“Sağlam ailə-məktəb münasibətləri sağlam həyat tərzinin mühüm amili kimi” mövzusunda çıxış edib.
Natiqlər milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, gələcək nəsillərə ötürülməsində ailə və məktəbin qarşılıqlı əməkdaşlığının rolunun vacibliyini vurğulayıblar.
Tədbirdə iştirak edən valideynlər və məktəblilər də çıxış edib, fikirlərini bildiriblər.
Sonda çoxsaylı suallar cavablandırılıb, fikir və tövsiyələr verilib.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Oktyabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri