Icma.az
close
up
RU
Milix Yevdayev: Azadlığı əldə saxlamaq üçün bu yolda canını fəda edən hər bir şəhidin xatirəsi əziz tutulmalıdır

Milix Yevdayev: Azadlığı əldə saxlamaq üçün bu yolda canını fəda edən hər bir şəhidin xatirəsi əziz tutulmalıdır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 25 aprel, AZƏRTAC

“Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anadan olmasının 56-cı ildönümü ilə əlaqədar tədbir keçirilir. Bu cür tədbirlər təkcə qəhrəmanlarımızın xatirəsinə ehtiram deyil, eyni zamanda Azərbaycan cəmiyyətindəki multikultural dəyərlərin və dini dözümlülüyün parlaq təzahürüdür”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Dağ Yəhudiləri” Dini İcmasının sədri Milix Yevdayev jurnalistlərə açıqlamasında söyləyib.

O qeyd edib ki, Albert Aqarunovun timsalında bütövlükdə şəhidlərimizin qəhrəmanlığını yad edirik:

“Müdriklər deyirlər ki, dünyanın məğlubiyyəti sabahın mövqeyidir. Onlar sabahımız uğrunda şəhid olublar”.

Ulu Öndər Heydər Əliyevin “Azadlıq elə bir nemətdir ki, digər nemətlər onun yanında su qiymətindədir” fikrinə istinad edən M.Yevdayev bildirib ki, azadlığı əldə saxlamaq üçün bu yolda canını fəda edən hər bir şəhidin xatirəsi əziz tutulmalıdır. “Azadlıq ağacı şəhidlərin qanı ilə suvarılır. Bu gün Şəhidlər xiyabanında və Albert Aqarunovun heykəli önündə müxtəlif ölkələrdən olan nümayəndələrin səsləndirdiyi dualar Azərbaycanın dini dözümlülüyünün və tolerantlığının nümunəsidir. Biz Tövrat, siz Quran oxudunuz. Xristian icması isə öz dualarını səsləndirdilər. Bu, Azərbaycanın sivil və multikultural bir dövlət olduğunu sübut edir”, - deyə Yevdayev bildirib.

M.Yevdayev Azərbaycanın tolerantlıq modelinin heç bir süni və ya formal əsas üzərində qurulmadığını, bu dəyərlərin xalqın tarixi və yüksək mədəniyyətindən qaynaqlandığını xüsusi qeyd edib: “Biz bu torpaqda əsrlər boyu Azərbaycan xalqı ilə dostlaşıb, qardaşlaşmamışıq. Biz adət-ənənələrimizlə, dinlərimizlə fərqli ola bilərik, lakin biz təkallahlı inanca sahib olan bir bütöv cəmiyyətik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri