Icma.az
close
up
RU
Millət vəkili Asif Əsgərov cüdoçularla görüşdü FOTOLAR

Millət vəkili Asif Əsgərov cüdoçularla görüşdü FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

23–27 aprel tarixlərində Azərbaycan cüdoçuları Monteneqroda keçirilən böyüklər arasında Avropa çempionatında yüksək nəticələrlə iştirak ediblər.Cüdocularımız çempionatı 5 medalla başa vurub. 

"Unikal" xəbər verir ki, milli komandamız Podqoritsa şəhərində baş tutan qitə yarışında 1 gümüş və 4 bürünc medal əldə ediblər. -100 kq çəki dərəcəsində tatamiyə çıxan Zelim Kotsoyev gümüş medala yiyələnmi, Əhməd Yusifov (-60 kq), Rəşid Məmmədəliyev (-73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) bürünc medal qazanıblar. 

Avropa Cüdo Federasiyasının rəsmi dəvətinə əsasən  Azərbaycan Respublikası Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü, millət vəkili, Azərbaycan Cüdo Federasiyası İdarə Heyətinin üzvü Asif Əsgərov Monteneqronun Podqoritsa şəhərində keçirilən Avropa çempionatına dəvət olunub. 

Millət vəkili Asif Əsgərov Monteneqroda keçirilən Avropa çempionatının bürünc mükafatçısı Rəşid Məmmədəliyevin və  komandalar arasında keçirilən yarışın mükafatlandırılma mərasimlərində də iştirak edib. 

Qeyd edək ki, çempionatın bürünc mukafatçısı 73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev (məşqçisi Əli Dərvişov) ”Atilla” İdman Klubunun yetirməsidir. 

Bu gün Azərbaycan Cüdo Federasiyası İdarə heyətinin üzvü, Millət vəkili Asif Əsgərov “Atilla” İdman Klubunda cüdocular və məşqçi heyəti ilə görüş keçirib. Görüş zamanı millət vəkili Asif Əsgərov bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını şərəf və qürürla seyr edirik.  Bütün bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasəti dayanır. Ölkəmizdə idmana olan diqqət və qayğı dövlət siyasətinin əsasını təşkil edir.

Qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev idmanın inkişafı üçün bütün zəruri tədbirlərin həyata keçirilməsində, eyni zamanda Azərbaycan Cüdo Federasiyasının Beynəlxalq Cüdo Federasiyası ilə uğurlu əməkdaşlığına və Azərbaycanın bu qurumun fəal üzvlərindən biri olmasına böyük şərait yaradıb. Bundan sonra da Respublikamızda cüdo idman növünün daha da inkişafı istiqamətində bir sıra işlər həyata keçirilməkdədir. 

Millət vəkili sonda qalib cüdoçumuz və onun məşqçisini mükafatlandıraraq, bir daha klubun bütün idmançılarına gələcək yarışlarda daha böyük uğurlar qazanmağı arzulayıb. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://unikal.az
archiveBu xəbər 01 May 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri