Icma.az
close
up
RU
Millət vəkili: Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrin genişlənməsi üçün böyük potensial var

Millət vəkili: Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrin genişlənməsi üçün böyük potensial var

Icma.az bildirir, Sherg.az portalına istinadən.

"Qədim tarixi olan Makedoniya və Azərbaycan xalqı oxşar keçmişə, bənzər talelərə malikdirlər. Dünyada mürəkkəb tarixi yol keçmiş, bəşəriyyətə görkəmli sərkərdələr bəxş etmiş bu iki ölkə müəyyən dönəmlərdə müstəmləkə ölkəsi olaraq mücadilə aparıblar". 


Bunu "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.


Deputat bildirib ki, makedoniyalılar da azərbaycanlılar kimi 1990-ci illərdə müstəqillik qazandılar: 

"Yuqoslaviya və SSRİ-nin dağılması nəticəsində Şimali Makedoniya ilə Azərbaycan müstəqil dövlət oldular. Bu gün Avropada Azərbaycanla ən yaxşı münasibətləri, güclü əlaqələri olan dövlətlər məhz Balkan yarımadasında yerləşir. Ölkələrimiz arasında güclü iqtisadi əməkdaşlıq digər sahələr üzrə də əlaqələrimizin inkişafına geniş imkanlar yaradır. Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda Şimali Makedoniyaya təyin olunub. Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradılıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir. Şimali Makedoniya Bakıda keçirilən COP29 sammitində ən fəal iştirak edən ölkələrdən biri idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29 konfransı çərçivəsində ötən il noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb. Xanım Davkova sammitin mükəmməl təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirmişdi”.


Millət vəkili qeyd edib ki, Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün böyük potensial vardır və Şimali Makedoniya Prezidentinin ikinci səfəri bu imkanları daha da genişləndirir:

“Xüsusilə də enerji sahəsindəki əməkdaşlıq, ötən ildən Şimali Makidoniyaya qaz ixracı, turizm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq yeni imkanların açılması deməkdir. Azərbaycan Balkan dövlətlərinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropa birjalarında təbii qazın qiymətinin 30 faiz artaraq 700 dollara yüksəlməsi bu bölgənin Azərbaycan qazına olan ehtiyacını daha da artırıb. Azərbaycan 2021-ci ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq”.


M.Vəliyeva bildirib ki, imkanların mövcudluğuna baxmayaraq, bu günə qədər ölkələrimiz arasında ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib:

“Azərbaycan qazının artıq Şimali Makedoniya bazarına çatdırılması ciddi iqtisadi hadisədir. Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Onların böyük əksəriyyəti – 10-u Avropa ölkəsidir. Mədəniyyət diplomatiyasının gücünə inanan xanım Davkova humanitar sahədə də əməkdaşlığa xüsusi əhəmiyyət verir. Ölkəmizin mədəni dəyərləri ilə maraqlanır və bu yanaşmanı ölkəmiz yüksək dəyərləndirir. Şimali Makedoniya Prezidentinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunacaq XII Qlobal Bakı Forumunda iştirakı həm ölkəmizə göstərilən diqqətin, həm də Forumun əhəmiyyətinin göstəricisidir. Forum artıq dünya miqyasında layiqli yerini tuta bilib. Uzun müddət peşəkar siyasi fəaliyyətlə məşğul olmuş, beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmış xanım siyasətçinin Bakıya səfəri, Forumda çıxışı və tələbələrlə görüşü yüksək qiymətləndirilməlidir. Qordana Silyanovska-Davkovanın martın 11-də ADA Universitetində tələbələrlə görüşdə həm Şimali Makedoniyanın, həm də Azərbaycanın yeni dünya düzənindəki mövqeyi, qarşılıqlı maraqları haqqında açıq çıxışları, tələbələrin suallarına ətraflı cavabları diqqətəlayiq idi. Azərbaycan gəncləri bu cür təcrübəli siyasətçilərdən bəhrələnməli, faydalanmalıdır. Xanım Qordana Silyanovska-Davkova səfər zamanı onu da qeyd etdi ki, Şimali Makedoniya Azərbaycanla diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqini ləğv edəcək, ölkəmizin mədəniyyətini öyrənməyə, elm və təhsil sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcəkdir. Sonda bir daha qeyd etmək istəyirəm ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycan mədəniyyətinə rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Mart 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see244

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see238

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see234

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see194

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see193

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see176

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see170

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see164

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see163

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see154

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see151

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see150

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see145

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see141

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri