Millət vəkili Fəzail İbrahimli Masallıda sakinlərlə görüşdü FOTO Yeni Çağ Media
Icma.az, Yenicag saytına istinadən bildirir.
Bu gün Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, professor Fəzail İbrahimli Masallı rayonuda növbəti vətəndaş qəbulu keçirib. Qəbulda rayonun Xırmandalı, Hacıtəpə və Ərəb kəndinin sakinləri iştirak ediblər.
Qəbul ümumi qaydada keçirilib, vətəndaşlar tərəfindən qaldırılan təklif, şikayət və müraciətlər dinlənilib, bir sıra məsələlər yerində həll edilib, digər məsələlər müraciətlərə uyğun olaraq aidiyyatı qurumlara ünvanlanıb.
Millət vəkili F.İbrahimli Ərəb kənd orta məktəbinin həyətindəki şəhidlər abidəsini ziyarət edib, şəhidlərin xatirəsini yad ediblər. Sonda isə İkinci Qarabağ şəhidi Cəbrayıl Qasımovun nənəsinin 40 mərasimində iştirak edərək, şəhid ailəsinə başsağlığı veriblər.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 25 Dekabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















