Millət vəkili Y.V.Çəmənzəminli üçün SİMVOLİK MƏZAR təklif etdi
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Bir vaxtlar görkəmli dövlət xadimi və yazıçı Yusif Vəzir Çəmənzəminlinin nəşinin Rusiyadan Azərbaycana gətirilməsi məsələsi müzakirə olunurdu. Lakin indiyədək bu istiqamətdə konkret iş görülməyib.
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa Yusif Vəzir Çəmənzəminlinin məzarının tapılması ilə bağlı müəyyən problemlərin olduğunu bildirib.
Deputat qeyd edib ki, vaxtilə özü də bu məsələni gündəmə gətirib:
“Orada su anbarı məsələsi var və ona görə də onun məzarını tapmaq artıq mümkün görünmür. İndi qohumları da bu istiqamətdə məlumatlıdırlar. Əgər konkret mövcud məzar olsaydı, onunla bağlı hansısa bir şey düşünmək olardı. Amma belə bir məzar yoxdur, izini tapmaq mümkün deyil.
Əvvəlki qeydlərdə də məzarın yeri dəfələrlə qeyd olunub, amma indi həmin ərazi su anbarıdır.
Bu istiqamətdə dramaturq, alimimiz Firuz Mustafanın da araşdırmaları olmuşdu və bununla bağlı paylaşım edilmişdi. Amma mənim bildiyim qədər, hazırda bunu müəyyənləşdirmək mümkünsüzdür".
Müsahibimiz alternativ olaraq simvolik məzar variantını təklif edib:
"Ona görə də biz bir sıra insanlar üçün simvolik məzar variantını düşünə bilərik. Çünki belə məzarların tapılması işi xeyli çətinləşib. Hətta Sovet İttifaqı təzə dağılan vaxtlarda bunu etmək mümkün idi, amma indi xeyli gecikmişik”.
Xatırladaq ki, Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində aclıqdan vəfat edib. Səhəri gün – 1943-cü il yanvarın 4-də Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub. 1956-cı ildə Yusif Vəzirə bəraət verilib.
Günəş Mərd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 10 Sentyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















