Icma.az
close
up
RU
Millətin başını dik, uca edəni Allah daim Müzəffər etsin!

Millətin başını dik, uca edəni Allah daim Müzəffər etsin!

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Cənab Prezidentimiz İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncamına əsasən 20 sentyabr - Dövlət Suverenliyi Günü elan edilib. Bu gün qədim və zəngin tariximizin ən parlaq səhifəsidir. 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində qondarma rejimin ağ bayraq qaldıraraq Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin qarşısında diz çökməsi, qalib sərkərdə çəkmələri altına düşməsi, ölkəmizin ərazisində separatçılığın kökünün tamamilə və birdəfəlik kəsilməsi əhəmiyyətinə görə Azərbaycan, Cənubi Qafqaz hüdudlarını aşaraq beynəlxalq miqyas daşıyır. Təkcə təcavüzkar dövlət deyil, həm də onun havadarları üzərində qazanılan bu qələbə ilə xalqımıza qarşı quraşdırılan yüzilliklərin planı darmadağın edildi.

2003-cü il oktyabrın 15-də Prezident andı içərkən millətə verdiyi vədini yerinə yetirən cənab İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndidə dövlət bayrağımızı ucaltması ilə dövlət suverenliyimiz bərpa edildi, Azərbaycan tarixinin gedişi, millətin taleyi dəyişdirildi, ən yeni Azərbaycan yaradıldı. Həmin gün etdiyi nitqində cənab Prezidentimizin dediyi aşağıdakı fikirlər millətimizin keçmiş nəsillərinin, şəhidlərin arzularının gerçəkləşdirilməsi, ruhlarının şad olması idi, eyni zamanda indiki və gələcək nəsillərə necə yaşamağın düsturunu verir:

"...biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.

... bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq... ".

Cənab Prezidentimiz İlham Əliyevin Xankəndidə meydanda ucaltdığı bayraq millətimizin başını əbədi olaraq dik, uca tutmasının rəmzidir!

Millətin başını dik, uca edəni Allah daim Müzəffər etsin!

Musa Qasımlı, 

vitse-spiker

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Sentyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri